Ana səhifə Gündəm Aktual Problem Siyasət Araşdırma Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel, Slayd (17-04-2018, 11:04)
 Nazir müavini əmri saymır:

 

 

Respublika Uşaq Birliyi Rəhbərləri Məktəbi ləğv olunub. Məktəbin əməkdaşları isə qanunsuz olaraq işdən çıxarılıblar. Üstəgəl, onlara son üç ayın maaşı da verilməyib.

Çarəsiz vəziyyətdə qalan təsil işçiləri prezident İlham Əliyevə, vitse prezident Mehriban Əliyevaya, təhsil nazirinin müavini Ceyhun Bayramova və Ombudsman Elmira Süleymanovaya müraciət ediblər.

Bu barədə AzEuroNews.com-a danışan Fimar Hacıyevanın sözlərinə görə, Nazirlər Kabinetinin qərarı var:

“Keçən il iyununda 5-də əmr verildi ki, 1934-cü ildən fəaliyyət göstərən Respublika Uşaq Birliyi Rəhbərləri Məktəbinin bazasında “İstedadlı Uşaqlarla iş Mərkəzi” yaradılsın.

Bu qərarın əsasında o zamanki təhsil naziri Mikayıl Cabbarov 21 iyul tarixli əmr də imzalayıb. Avqustda Təhsil Nazirliyinin əməkdaşları məktəbə gələrək direktora dedilər ki, işə davam edə bilərsiniz, hamı işlə təmin olunacaq.

Bizə sentyabr, oktyabr, noyabr, dekabr aylarının əmək haqları da ödənilib. Dekabrın sonunda nazirliyin əməkdaşları yenidən məktəbə gələrək əməkdaşlara 07 dekabr tarixli qeydlə işdən çıxma, 12 dekabr tarixli qeydlə İUİM 3 aylıq müqavilə ilə işə qəbul olunma ərizəsi yazdırıblar”.

F.Hacıyeva qeyd edib ki, yanvarın 4-dən martın 28-dək işə gələn əməkdaşlar bu müddətdə UBTR Məktəbinin arxivini hazırlayıb təhvil verib, inventarizasiya aparıb, ixtisasartırma təhsili üçün məktəbə müraciət edən şəxslərlə izahedici söhbətlər edib, onlara metodik tövsiyələr verib, ixtisasartırma kursunu bitirənlərlə görüşüb məsləhətlər verib, öncəki illərdə fəaliyyətlə bağlı rayon təhsil şöbələrinin suallarını cavablandırıblar.

“Sonuncu dəfə martın 19-da hamının işlə təmin ediləcəyi bildirilib. Martın 28-də Təhsil Nazirliyinin əməkdaşları yenidən UBTR Məktəbinə gələrək cəmi 13 nəfərlik kollektivin işdən azad edildiyini, kimsəyə iş təklif olunmayacağını, son üç ayın əmək haqqının ödənilməyəcəyini deyiblər.

Martın 28-də əməkdaşların bir qrupu akt tərtib edərək 4 yanvar-28 mart tarixlərində gündəlik işdə olduqlarını öz imzaları ilə təsdiq ediblər”,-deyə şikayətçi bildirib.

Maaşlarını ala bilməyən, işsiz qalan məktəb kollektivi ölkə rəhbərliyinə, aidiyyatı qurumlara müraciət edən məktəbin işdən çıxarılmış əməkdaşları üç aylıq əmək haqqının ödənilməsini, iş yerinə bərpa olunmalarını, yaxud yeni işlə təmin edilmələrini tələb edirlər. Onlar maaşlarını ala bilməsələr və işlə təmin olunmasalar hüquqi müstəvidə mübarizə aparacaqlarını bildiriblər.



Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?
Çox gözəl saytdı
Yaxşıdı
Yaxşıdı amma ..
Daha yaxşı ola bilər
Normaldı



Xəbər lenti
22 07 2018
22 07 2018
22 07 2018
22 07 2018
22 07 2018
22 07 2018
22 07 2018
22 07 2018
22 07 2018
22 07 2018
22 07 2018
22 07 2018
22 07 2018
22 07 2018
22 07 2018
22 07 2018
22 07 2018
22 07 2018
22 07 2018
22 07 2018
22 07 2018
22 07 2018
21 07 2018
21 07 2018
21 07 2018
21 07 2018
21 07 2018
21 07 2018
21 07 2018
21 07 2018