Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (11-05-2018, 12:30)
Komitə sədri: Büdcəyə parlament nəzarətinin artırılması vacibdir

Komitə sədri: Büdcəyə parlament nəzarətinin artırılması vacibdir

 

Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin mayın 11-də növbəti iclası keçirilir.

Mediatv.az-ın xəbərinə görə, iclasın gündəliyinə yeddi məsələ daxil edilib.

Bunlar “Hesablama Palatası haqqında” (ikinci oxunuş) qanun layihəsi, “Sığorta fəaliyyəti haqqında”, “İnvestisiya fondları haqqında”, “Banklar haqqında”, “Poçt haqqında”, “Qiymətli kağızlar haqqında” və “Qiymətli metallar və qiymətli daşlar haqqında” qanunlara dəyişiklikləri nəzərdə tutan qanun layihələridir.

Adıçəkilən komitənin sədri, akademik Ziyad Səmədzadə ilk öncə bildirib ki, bütün dünya Azərbaycandakı uğurları, aparılan islahatları birmənalı şəkildə qəbul və etiraf edir:

“Beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun artması, büdcə üzərində parlament nəzarətinin artırılması çox mühüm məqamlardandır. 

Ölkədə artıq güclü iqtisadi sistem işləyir, fəaliyyət göstərir.

Bunlardan biri də Hesablama Palatasıdır.

Bu qurumun fəaliyyəti, apardığı monitorinqlər, təhlillər büdcə şəffaflığının təmin olunmasında çox mühüm rol oynayır.

Odur ki, dövrün reallıqları bu qurumla bağlı qanunvericilik aktının dəyişdirilməsini, təkmilləşdirilməsini zəruri edir.

Artıq bununla əlaqədar qanun layihəsi birinci oxunuşdan keçib və onun üzərində ciddi işlər, təkmilləşdirmələr aparılıb, nəticədə ikinci oxunuşun müzakirəsinə təqdim olunub”.

шаблоны для dle 11.2

Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024