Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İdman (7-11-2014, 14:35)
Stadionda polis-jurnalist insidenti

Dünən "Qarabağ" - "Dnepr" qarşılaşmasından öncə stadionunun qarşısında yaranan izdihamda polislərlə jurnalistlər arasında insident baş verib

 

Hadisə yerində olan reportyorumuzun verdiyi xəbərə görə, stadiona girişi dəmir məhəccərlə kəsərək azarkeşlərin stadiona aramla buraxılmasını təmin edən polislərdən biri Avropa.info saytının baş redaktru Ruslan Bəşirliyə zor tətbiq edib, onun yaxasından yapışaraq dartışdırıb, onu hədələyib və vurmaq istəyib. Jurnalist bu qaba rəftara etirazını bildirərərkən polis serjantı daha da aqressivləşib və onu polislərin ünvanına söyüş işlətdiyini bildirərək R.Bəşirilini cinaytkar tutubmuş kimi bir kənarda zərərsizləşdirməyə cəhd edib.
Həmin vaxt hadisənin şahidi olan digər jurnalistlər, o cümlədən Musavat.com saytının şef redaktoru Xalid Kazımlının sözlərinə görə, o, jurnalisti qeyri-insani formada fiziki təzyiqə məruz qoyan polisə yaxınlaşaraq, onun jurnalist olduğunu bildirib: "Mən Ruslanı tandığımı bildirdim, dedim ki, jurnalistdir, lakin polis əməkdaşı gözlərini bərəldərək, "nağayrım əə, jurnalistdir" dedi və qırımından belə anlaşıldı ki, məni də ona qatmaq istəyir. Yaxşı ki, daha yüksək rütbəli polis əməkdaşları məsələyə müdaxilə etdilər və Ruslan Bəşirlini aqressiv serjantın əlindən aldılar. Onlardan biri polkovnik-leytenant rütbəli zabit xüsusilə nəzakətli davrandı və jurnalistlərin məhəccəri maneəsiz adlamasına şərait yaratdı. Ancaq xüsusi aqressivliyi ilə seçilən, təkcə jurnalistləri yox, digər azarkeşləri də acılayan, itələyən həmin serjant birmənalı olaraq polis orqanlarında işləməyə layiq deyil. Belə əsəbi adamı sistemdə necə saxlayırlar, anlamıram. Sanki azarkeşlər silahlı canilər idi və bu onların qarşısında mətanətlə dayanmışdı, özünü elə aparırdı".
R.Bəşirlinin hər hansı ağır söz işlədib-işlətməməsinə gəlincə, X.Kazımlı deyir ki, o, həmkarıyla 4 gün birlikdə səfərdə olub və onun dilindən güldən ağır söz eşitməyib: "Ruslan mömin adamdır, söyüşü haram sayır. İnsident zamanı isə o yox, onun arxasındakı izdihamın içində artıq-əskik zarafat edənlər vardı. Amma nədənsə serjantın gözünə Ruslan Bəşirli xor göründü".
шаблоны для dle 11.2

Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024