Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İdman (10-05-2018, 15:54)
Namiq Əliyev Güləş Federasiyasının I vitse-prezidenti təyin olunub

Namiq Əliyev Güləş Federasiyasının I vitse-prezidenti təyin olunub

 

Namiq Əliyev yenidən Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti vəzifəsinə təyin olunub.

Mediatv.az-ın xəbərinə görə, bu barədə bu gün Gənclər və İdman Nazirliyində Azərbaycan Güləş Federasiyasının seçki konfransında nazir Azad Rəhimov bildirib.

A.Rəhimov Namiq Əliyevin yenidən güləş federasiyasına dəvət olunduğunu və I vitse-prezident vəzifəsində çalışacağını diqqətə çatdırıb.

Bununla yanaşı, o, Firdovsi Umudovun milli komandanın baş məşqçisi və federasiyanın vitse-prezidenti (o, əvvəl I vitse-prezident idi – S.T.) postunda çalışacağını əlavə edib.

Qeyd edək ki, Namiq Əliyev federasiyanın hazırkı prezidenti Fazil Məmmədovun qudası olub. Ötən ilin sonlarında Əliyev Məmmədovun əmri ilə federasiyada vitse-prezident postundan çıxarılmışdı.

Bununla belə, sabiq Vergilər Nazirliyində müavin vəzifəsində işləmiş Namiq Əliyev Dünya Güləş Birliyinin (DGB) İcraiyyə Komitəsinin üzvlərindən biri kimi qalırdı.

шаблоны для dle 11.2

Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024