Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İdman (24-03-2014, 14:46)
Messidən yeni rekord

İspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messi “Real Madrid”lə matçlarda məhsuldarlıq rekordu müəyyənləşdirib

Azvision.az-ın məlumatına görə, argentinalı hücumçu “kral klubu” ilə ötən gün səfərdə keçirilmiş ölkə çempionatının 29-cu tur matçındakı “het-trik”i sayəsində liderliyə yüksəlib.

Hazırda onun hesabında “El-Klassiko”larda 21 qol var. Bunadək Messi snayperlər yarışında “Real Madrid”in sabiq hücumçusu Alfredo di Stefano ilə hərəyə 18 qolla ilk 2 yeri bölüşdürürdü.

Digər tərəfdən, 27 yaşlı hücumçu əzəli rəqiblə oyunlarda ikinci dəfə “het-trik” edib. İlk dəfə o, 2007-2008-ci il mövsümündə “Real Madrid”i məyus edib. “Nou Kamp” stadionunda baş tutmuş həmin görüş 3:3 hesablı heç-heçə ilə nəticələnib.

Qeyd edək ki, son “El-Klassiko”da “Barselona” 4:3 hesabı ilə qalib gəlib. Lionel Messi 42-ci, 65-ci və 84-cü dəqiqələrdə fərqlənib. O, son 2 qolu penaltidən vurub. “Real Madrid”in heyətində isə 20-ci və 24-cü dəqiqələrdə Kərim Benzema “dubl” edib, 55-ci dəqiqədə Kriştianu Ronaldu penalti zərbəsini dəqiq yerinə yetirib. Qələbəyə baxmayaraq, “Barselona” 69 xalla 3-cü pillədə qalıb. Turnir cədvəlinə isə hərəyə 70 xala malik “Atletiko” və “Real Madrid” başçılıq edir.

шаблоны для dle 11.2

Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024