Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İdman (3-02-2015, 14:23)
Avropa Oyunlarını izləyəcək tamaşaçıların sayı milyardı keçdi

İyunda Bakıda keçiriləcək Avropa Oyunlarının Əməliyyat Komitəsi İspaniya, Portuqaliya, Estoniya, Latviya və Sloveniyada yarışın yayımlanmasını təmin edəcək 5 müqaviləyə imza atıb


Bakı-2015-in Təşkilat Komitəsindən verilən məlumata görə, bağlanmış yeni müqavilələrə əsasən, İspaniyanın RTVE, Estoniyanın ERR, Latviyanın LTV, Sloveniyanın “RTV Slovenija” və Portuqaliyanın ödənişli “Sport TV” adlı ictimai televiziya şirkətləri Oyunlar müddətində gedişatı gündəlik olaraq bütün gün ərzində və ya minimum saatlar çərçivəsində nümayiş etdirəcək.
 
Avropa Oyunları artıq dünyada milyarddan artıq tamaşaçının yarışları izləyə bilməsini təmin edəcək yeni sazişlərə malikdi.
 
Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bildirib ki, Bakı-2015-in Əməliyyat Komitəsinin Avropanın daha 5 aparıcı televiziya şəbəkəsi ilə yayım sazişi imzalamasından və bununla da müqavilə bağlanmış ölkələrin sayının 47-ə çatmasından çox məmnundu: ““Bu yay keçiriləcək I Avropa Oyunlarını mümkün qədər çox insanın izləməsi bizim üçün çox vacibdi. Açılış mərasiminə 130 gün qalıb və bu kimi yeni sazişlərin bağlanması məqsədimizə nail olmaq istiqamətində böyük addımdı”.
 
Oyunlar müddətində yarışları geniş şəkildə işıqlandırmaqdan əlavə, İspaniyanın RTVE kanalı açılış və bağlanış mərasimlərini də canlı olaraq yayımlayacaq. Televiziya şəbəkəsində, həmçinin, Bakı-2015-lə bağlı gedən hazırlıqlara həsr olunmuş “Bakıya Yol” (Road to Baku) verilişləri də nümayiş olunacaq. Sport TV şirkəti isə əvvəlcədən təyin edilmiş və 24 saat fəaliyyət göstərən kanal vasitəsilə Portuqaliyada, eyni zamanda, Mozambik və Anqolada Oyunların yayımını təmin edəcək.
 
“RTV Slovenija”, Latviyanın LTV və Estoniyanın ERR televiziya şirkətləri də Oyunların geniş şəkildə işıqlandırılması öhdəliyinə malikdilər.
 
Avropa Oyunları Əməliyyat Komitəsinin Kommersiya şöbəsinin direktoru Çarli Viceratnanın sözlərinə görə, bu sazişlər Avropada və onun hüdudlarından kənarda on milyonlarla tamaşaçının Bakı-2015-i izləməsinə imkan yaradacaq. 2016-cı ildə Rioda keçiriləcək Olimpiya Oyunlarını da yayımlamaq hüququna sahib olan bu televiziya şirkətləri böyük çoxnövlü idman yarışlarının yayımlanmasında mühüm təcrübəyə malikdilər. Bakı-2015-in  Kommersiya şöbəsinin irəli sürdüyü təkliflərin əsas hissəsini yayım sazişlərinin bağlanması təşkil edib və mən bu istiqamətdə işlərimizi davam etdirməyimizdən məmnunam. Bu, onu göstərir ki, biz yarışların qitə üzrə nüfuzunu artırmağa davam edirik”.
 
Qeyd edək ki, Avropa Oyunları iyunun 12-28-də keçiriləcək.  

шаблоны для dle 11.2

Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024