Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (13-02-2019, 18:00)
Bakıda partlayış baş vermiş evin görüntüləri yayıldı

 Bakının Səbail rayonunda 20-ci sahədə partlayış baş vermiş evin görüntüləri yayılıb.
Mediatv.az  bildirir ki, sakinlərin Trend-ə verdiyi məlumata görə, birmərtəbəli fərdi yaşayış evində baş vermiş partlayış ətrafdakı evlərə də ziyan vurub. Partlayışın gücündən evlərin qapı və pəncərələri yerindən çıxıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
FHN-in yaydığı məlumatda isə bildirilir ki, Səbail rayonunda birmərtəbəli fərdi yaşayış evində partlayış olub. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub, digər aidiyyəti dövlət qurumları məlumatlandırılıb.
Dağıntılar altında qalanların olduğu ehtimalı ilə əlaqədar Xüsusi Riskli Xilasetmə Xidmətinin kinoloji qrupu da xilasetmə işlərinə cəlb olunub. Əməliyyat şəraitinin qiymətləndirilməsi və ilkin axtarışlar nəticəsində dağıntılar altında heç kimin olmadığı müəyyən olunub.
İlkin ehtimala görə, partlayış qaz sızması nəticəsində baş verib.
шаблоны для dle 11.2

Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024