Ana səhifə Gündəm Aktual Problem Siyasət Araşdırma Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm / Slayd (13-09-2018, 11:07)
Əkbər Hacıyev əhaliyə “qaz sürprizi” hazırlayır

Əkbər Hacıyev əhaliyə “qaz sürprizi” hazırlayır

 

“Filan rayonlarda 5 gün təbii qazın verilişi dayandırılacaq”, “Bakının 2 rayonunda qaz olmayacaq”.

Artıq televiziyada, saytlarda bu cür elanlara öyrəşmişik. Havalar sərinləşən kimi bu cür anonsların da sayı artır. Hər gün bir rayonda qaz “yoxa çıxır”. Dünyanın aparıcı dövlətlərində ölkə əhalisinə ən yaxşı xidmət göstərən sahə kommunal xidmət sektorudur. Söhbət əhalinin su, qaz, işıq və istiliklə təminatından gedir. Bir xidmət növündən kütləvi narazılıq varsa, demək həmin xidmətin başında duranların fəaliyyətində yarıtmazlıq var. Çox rahatlıqla deyə bilərik ki, bu gün yarıtmaz fəaliyyəti ilə seçilən qurumlardan biri də “Azəriqaz”dır. Son 3 ildə “Azəriqaz” İstehsalat Birliyi bununla bağlı ciddi tənqidlərlə üzləşib.

Əsasən soyuq aylarda təbii qazın verilişində yaranan fasilələr, qazın təzyiqinin həddən artıq aşağı düşməsi, hər gün bir ərazidə mavi qazın məhdudlaşdırılması qurumun onsuz da yarıtmaz fəaliyyətinə daha artıq diqqət çəkmiş olur. Qurum təkcə yarıtmaz işi ilə deyil, ilk növbədə sistemsiz fəaliyyəti ilə də seçilir . Nə qışa tədarükü bilinir, nə də yay hazırlıqları edir. Bitməyən təmirləri, qaz xətlərində yaranan nasazlıqları, qaz sızmaları ilə əhalini yoran “Azəriqaz” hər il təkrar olunan problemləri aradan qaldıra bilmir. Nə təmir bitir, nə də yoxa çıxan qaz verilir. Verilən qazın isə özləri kimi nə yüksək təzyiqi, nə tutumu, nə də daimiliyi var. Əksinə,

“Azəriqaz” hər gələn il üçün əhalinin boynuna özü ilə ikiqat yük gətirir. 

Dünyanın aparıcı ölkələrində, çox da uzaq olmayan Rusiyada kommunal xidmətlərdə “yaya və qışa hazırlıq” proqramı tətbiq edilir və maksimum çalışılır ki, bu sahədə problem yaranmasın. Beynəlxalq standartlarda da bu əks olunur. Azərbaycanda isə qış başlayanda qaz boru xəttlərində, yay girəndə isə su xəttlərində təmir yada düşür. 

Yeri gəlmişkən, yay mövsümünün bitməsinə sayılı günlər qalıb. Yay boyu “Azəriqazı”ın hansısa qaz xəttində və ya sızmalarda yaranmış nasazlıqları aradan qaldırması ilə bağlı işini görmədik. Bu cür işlər aparılsa da, davamlı və əsaslı olmadı. Soyuq aylar başlayan kimi Əkbər Hacıyevin rəhbərlik etdiyi qurum hərəkətə keçəcək... Artıq bunun “işartıları” görünür...

Hava sərinləyən kimi təbii qazın verilişində problemlər başlanır. Belə ki, sentyabrın 11-dən 15-nə qədər 5 gün müddətində Bərdə, Tərtər, Ağdam, Füzuli, Beyləqan, Ağcabədi rayonlarının qaz təchizatı dayandırılacaq. Yəni, “Azəriqaz” İstehsalat Birliyi ərazi üzrə abonentlərini 5 gün qazsız qoyacaq. Qurum belə əsaslandırır ki, fasilə Azərbaycanın Qərb regionu üzrə inzibati rayonların ərazilərində yerləşən qaz təchizatçılarının fasiləsiz və etibarlı şəkildə təbii qazla təmin edilməsi, həmçinin şəbəkənin qaz nəqletmə imkanının artırılması məqsədilədir. Bir sözlə, “Qaz İxrac” İdarəsinin balansında olan yeni çəkilmiş mövcud diametri 1020 mm-lik “Qazıməmməd-Qazax” (I xətt) magistral qaz xəttinin 182-210 km-lər arası hissəsinə birləşdirilməsi zəruriəti ilə əlaqədar sözügedən ərazilərdə qaz məhdudiyyəti yaranacaq. Buna əsaslı iş demək mümkün olar, təbii ki, təkrar həmin qaz xətlərinə qayıdılmayacaqsa... Təmir, bərpa işlərinin aparılması əhalinin təbii ehtiyacının ödənilməsinə problemin yaradılmasına heç bir halda əsas ola bilməz.

Çünki bunun texniki təminatı xidmət sahəsinin sisteminin formalaşdırılması zamanı nəzərə alınmalıdır. Bu, təminatçı tərəfin məsuliyyətini dərk etməsi, qanun qarşısında cavabdehlik daşıması üçün zəmin yaradır. Amma görünən odur ki, “Azəriqaz” nə qanun, nə də abonentləri qarşısında məsuliyyət hiss edir. Əlbəttə ki, məsuliyyətini dərk etməyən qurum və onun rəhbərliyi də nə vaxtsa xoş olmayan sürprizlərlə qarşılaşacaq. 
Cebhe.info 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
11 12 2018
11 12 2018
11 12 2018
11 12 2018
11 12 2018
11 12 2018
11 12 2018
11 12 2018
11 12 2018
11 12 2018
11 12 2018
11 12 2018
11 12 2018
11 12 2018
11 12 2018
11 12 2018
11 12 2018
11 12 2018
11 12 2018
11 12 2018
11 12 2018
11 12 2018
11 12 2018
11 12 2018
11 12 2018
11 12 2018
11 12 2018
11 12 2018
11 12 2018
11 12 2018

{sape_links}{sape_article}