Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (12-02-2019, 13:00)
Ukraynalı prezidentliyə namizəd İlham Əliyevlə danışmaq istəyərdi

 Ukraynada prezident seçkiləri hələ başlamasa da, namizədlər arasında yüksək canfəşanlıq müşahidə olunur.
Prezident seçkiləri martın 31-nə (2019) təyin olunub və Mərkəzi Seçki Komissiyası artıq 44 nəfərin namizədliyini qeydiyyata alıb.
Verilməli suallar çoxdur. Niyə bu qədər çox namizəd var? Seçkilərlə bağlı çıxışlarında namizədlər qonşu dövlətlər, o cümlədən, Azərbaycan (Rusiyanı çıxmaq şərtilə) haqqında nadir hallarda söz açır. İctimai rəy sorğularına görə, ilk beşlikdə olan namizədlərin qələbə şansları nə dərəcədə yüksəkdir?
Media.Az artıq prezidentlik “kürsüsünə” ən real namizədlərdən olan, “Vətəndaş mövqeyi” partiyasının lideri Anatoli Qritsenkonun seçki qərargahının rəhbəri Viktor Çumakla bundan əvvəl danışmışdı.
İndi isə birbaşa Anatoli Qritsenkoya sual ünvanlanmağa çalışıb.
Əvvəla, Anatoli Qritsenkonun qısa tərcümeyi-halını verək. O, üç hökumətin dövründə (Yuliya Timoşenko, Viktor Yanukoviç və Yuri Yexanurov) Ukraynanın Müdafiə Nazirliyinə rəhbərlik edib. 2010 və 2014-cü illərdə prezidentliyə namizəd olub. Bu dəfə də seçkilərdə iştirak etmək qərarına gəlib.
Anatoli Qritsenko ilə söhbət çox qısa alınıb. Anatoli Qritsenko müxbirin verdiyi sualları ona yox, siyasətçilərə ünvanlanmağı tövsiyə edib. Söhbət, yuxarıda qeyd olunduğu kimi, namizədlərin sayından, səslənən platformalarda qonşular, o cümlədən, Azərbaycanla münasibətlərin möhkəmləndirilməsi ilə bağlı hər hansı xatırlamaların olmamasından gedir:
“Bu sualları mənə verməyin, siyasətçilərə ünvanlayın”, - deyə ukraynalı prezidentliyə namizəd bildirib.
Bununla belə, Anatoli Qritsenko bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin vaxtı olsa,  effektiv və qarşılıqlı faydalı ikitərəfli münasibətlərlə bağlı baxışlarını onunla bölüşmək istərdi.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024