Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (11-02-2019, 20:00)
Türkiyə və Çin arasında diplomatik qalmaqal

 Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsinin uyğurlar üçün “islah düşərgələri” ilə bağlı bəyanatı ikrah doğurur. Çin artıq bununla bağlı Türkiyə tərəfinə etirazını bildirib.
“RİA Novosti” agentliyinin məlumatına görə, bu fikirləri Çin XİN-nin rəsmi nümayəndəsi Xua Çunin deyib.
“Biz Türkiyə XİN nümayəndəsinin bəyanatına diqqət yetirdik. Biz bununla bağlı artıq Türkiyə tərəfinə etirazımızı bildirmişik”, - X.Çunin brifinqdə bildirib.
Çin XİN-nin nümayəndəsi Türkiyə tərəfinin tanınmış uyğur şairi Əbdülrəhim Heyitin həbsxanada ölümü ilə bağlı məlumatı yalan adlandırıb və əlavə edib ki, o, sağdır.
Qeyd edək ki, Türkiyə XİN nümayəndəsi Hami Aksoy Çin hökumətini uyğurların hüquqlarının pozulmasına görə ittiham edib və səkkiz ildir həbsdə olan şairin taleyi ilə bağlı ən qısa zamanda bəyanat verilməsini istəyib.
Onun sözlərinə görə, milyondan çox uyğur siyasi baxışlarına görə həbsxana və düşərgələrdə işgəncələrə məruz qalır.
Çin XİN nümayəndəsi bu məlumatın həqiqətə uyğun olmadığını bildirib.
шаблоны для dle 11.2

Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024