Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (12-02-2019, 10:11)
Suriyada uşaqlar arasında kütləvi ölüm müəmması

 Suriyanın şimal-şərqində yerləşən qaçqın düşərgəsində uşaqlar arasında kütləvi ölüm halları qeydə alınıb.
Mediatv.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatında bildirilir.
Qeyd olunur ki, ölənlər arasında yeni doğulmuş körpələr də var.
Son səkkiz həftə ərzində Əl-Hol düşərgəsinə Deyz-əz-Zor vilayətindəki toqquşmalardan qaçan 23 min insan gəlib. Deyz-əz-Zorda İŞİD terror qruplaşması ilə Suriya Demokratik Qüvvələri arasında (ABŞ-ın dəstəklədiyi kürd və ərəb birləşmələri) döyüşlər gedir. Nəticədə düşərgədə insan sıxlığından vəziyyət kritik həddə çatıb.
Hazırda Əl-Holda 33 min insan var ki, onların əksəriyyəti qadın və uşaqdır. Bildirilir ki, böyük axın nəticəsində qaçqınlar açıq səma altında ədyalsız yatmağa məcbur olur. Düşərgədə onların hamısını qəbul edib yoxlamaq mümkün deyil.
Qeyd olunur ki, iki ay ərzində düşərgədə ən azı 29 uşaq ölüb. Onların əksəriyyəti soyuqdan dünyasını dəyişib. Hazırda vəziyyəti daha ağır olan uşaqlar Əl-Hasaka vilayətindəki xəstəxanaya göndərilir.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024