Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (22-01-2018, 14:30)
Türkiyənin “Zeytun budağı”na Azərbaycanda fərqli yanaşmalar

Türkiyənin “Zeytun budağı”na Azərbaycanda fərqli yanaşmalar

 

Artıq üç gündür Türkiyə ordusu Suriyada hərbi əməliyyata başlayıb: bu, qardaş ölkənin təbii haqqıdır. 

Mediatv.az  Oxu.Az-a istinadən  xəbər verir ki, bunu millət vəkili Adil Əliyev deyib.

“Çünki bu əməliyyat həyata keçirilməsə, PKK, PYD və YPG kimi terrorçu təşkilatlar Suriya üzərindən Türkiyəyə hücumlar edəcək və insanları qətlə yetirəcəkdi, necə ki, illərdir bu çirkin əməllərindən əl çəkmirlər. Elə buna misal olaraq deyə bilərəm ki, Türkiyənin Reyhanlı qəsəbəsi terrorçular tərəfindən raket atəşinə tutulub, ölən və yaralananlar var”, - deyən millət vəkilinin sözlərinə görə, Türkiyə beynəlxalq hüquqa uyğun olaraq özünü qoruyur, kimsə bu hüququ Türkiyənin əlindən ala bilməz:

“Təsadüfi deyil ki, bəzi istisnalar olmaqla, heç bir dövlət Türkiyənin Suriyada həyata keçirdiyi hərbi əməliyyatın əleyhinə çıxmayıb. Bu yekdillik ondan xəbər verir ki, Türkiyənin məqsədinin Suriyanı parçalamaq olmadığını hamı anlayır. Türkiyə Suriyanın ərazi bütövlüyünü tanıyır və türk ordusunun bu ərazini terrorçulardan təmizləməkdə məqsədi həm də qonşu ölkənin təhlükəsizliyinə dəstəkdir. Odur ki, təhlükə sovuşduqdan və terrorçulara zərbələr endirildikdən sonra Türkiyə ordusu həmin əraziləri tərk edəcək və həmin ərazilər, böyük ehtimalla, Azad Suriya Ordusunun (ASO) nəzarətinə keçəcək və artıq keçməkdədir də...

Ötən dəfə həyata keçirilən əməliyyat da oxşar ssenari üzrə həyata keçirilmişdi. Azərbaycan həmişə olduğu kimi, Türkiyənin yanındadır, bunu son əməliyyatlarla bağlı Azərbaycan XİN-dən verilən açıqlama da sübut edir. Başqa cür ola da bilməz. Qardaş Türkiyənin terrorçularla mübarizəsini, bölgədə sabitlik yaratmaq səylərini dəstəkləyirik. Elə bizim də erməni separatçıları ilə mübarizəmizin məqsədi həm torpaqlarımızı terrorçulardan azad etmək, həm də bölgədə sabitliyi bərpa etməkdir. Tanrı orada da, burda da hərbçilərimizi qorusun!”

“İndi oyandım, baxdım ki, Türkiyə axşam Afrini “şumlayıb”: “Zeytun budağı” əməliyyatı böyük mənada Rusiyanın əlinə oynamaqdır.

Bunu isə tanınmış teleaparıcı Nəsimi Nəbizadə dünən öz “Facebook” statusunda yazıb.

O yazır ki,  Hülusi Akar və Hakan Fidan Moskvada bu əməliyyatın iznini aldılar (təlimatlandırıldılar).

“Ruslar Afrində zatən var idi və əməliyyat başlamadan oradan çəkildilər... Türkiyənin bir gecədə PYD-yə aid 113 hədəfdən 108-ni məhv etməsi isə... Güman ki, həmin hədəflər türklərə ruslar tərəfindən verilib. ABŞ-ın devirə bilmədiyi Əsədə qarşı kürdlərdən istifadə edərək Suriyada alternativ bir hakimiyyət qurmaq istəyi sirr deyil, onlar bölgədən çıxmaq istəmir. Ruslar isə kürdləri türklərin əli ilə cəzalandırıb amerikalılardan uzaqlaşdırmaq və yenidən Şama (əslində, özlərinə) bağlamaq məqsədi güdür (yeri gəlmişkən, PYD-nin türklərin əlindən salamat çıxa bilməsi üçün yeganə yol Əsəd qüvvələrinin - yəni, rusların nəzarətindədir)... Ərdoğan bütün bunları anlamamış deyil, amma bu əməliyyat həm də ona sərf edir. Sadə türk indi onu FATEH gözündə görür, bu isə Türkiyə prezidentinə hava-su kimi lazımdır...”, - deyə N.Nəbizadə yazır.

шаблоны для dle 11.2

Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024