Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (18-01-2018, 11:47)
Gürcüstanda zərərli peyvənd böyük qalmaqal yaratdı

Gürcüstanda zərərli peyvənd böyük qalmaqal yaratdı

 

Gürcüstanın dövlət audit xidmətinin 2016-2017-ci illərdə sağlamlıq üçün zərərli 30 min doza peyvəndin vurulması haqqında təqdim etdiyi hesabat ölkədə böyük qalmaqala səbəb olub. Ölkənin Səhiyyə Nazirliyi vətəndaşları qorxulu heç bir şeyin olmadığına inandırmağa çalışır.

Mediatv.az  xəbər verir ki, bu barədə “RİA Novosti” Gürcüstan mətbuatına istinadən məlumat yayıb.

Dövlət audit xidmətinin məlumatlarına görə, ümumdünya səhiyyə təşkilatı Gürcüstanın səhiyyə orqanına “insan sağlamlığına zərərli olan” vaksinin istifadəsini dayandırmağı tövsiyə edib.

Hesabatda qeyd olunur ki, sözügedən preparat əvvəl müvafiq qeydiyyat prosesindən keçməsə də, bir müddət sonra Gürcüstanın xüsusi komissiyası vaksindən istifadə hüququnu əldə edə bilib.

Qalmaqala səbəb olan preparatın uşaq peyvəndi olduğu iddia olunsa da, Səhiyyə Nazirliyi bunu təkzib edib və həmin preparatın, əslində, quduzluğa qarşı vaksin olduğunu qeyd edib.

“İctimaiyyətə açıqlanan məlumatlar həqiqətə uyğun deyil. Həmin vaksin Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yenidən ixtisaslaşdırmadan keçib. Onun sınaqları zamanı hər hansı mənfi təsirlər qeydə alınmayıb”, -  deyə Gürcüstanın Xəstəliklərə nəzarət və ictimai səhiyyə mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.

Nazirliyin rəsmisi bildirib ki, vaksinin yenidən ixtisaslaşdırılması onun dərhal məhv edilməli olduğu anlamına gəlməməlidir.

шаблоны для dle 11.2

Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024