Ana səhifə Gündəm Aktual Problem Siyasət Araşdırma Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (11-10-2018, 12:38)
Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovun sakinlərlə növbəti səyyar qəbul-görüşü keçirilib

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovun sakinlərlə növbəti səyyar qəbul-görüşü keçirilib

 

10 oktyabr 2018-ci il tarixində Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov tərəfindən C.Naxçıvanski küçəsi 50, 52, 54, 56, 58 ünvanlarda yaşayan sakinlərlə növbəti səyyar qəbul-görüş keçirilib.

Görüşdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşı Tağı Tağıyev, Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, rayonun xidmət sahələrinin rəhbərləri və rayon sakinləri iştirak ediblər.

Səyyar qəbulda Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, rayonda aparılan abadlıq və yenidənqurma işlərindən danışıb.

Sonra sakinlər Rayon İcra Hakimiyyətinin başçısına məktəbətrafı yollara sürət həddini məhdudlaşdıran yol hərəkət nişanlarının qoyulması, liftlərin dəyişdirilməsi və ya əsaslı təmir olunması, binalara istiliyin verilməsi, ərazidə fəaliyyət göstərən bazar sahiblərinə təmizliyə riayət edilməsi ilə bağlı tapşırıqların verilməsi, dam örtüyünün təmiri və həyətlərə su xətlərinin çəkilməsi kimi məsələlərlə bağlı müraciət ediblər.

Qəbulda qaldırılan məsələlər dinlənilərək sakinlərə müvafiq izahatlar verilib, mövcud problemlərin həlli üçün rayon rəhbəri tərəfindən əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.

Sonda Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının məsul əməkdaşı Tağı Tağıyev çıxış edərək, yerlərdə keçirilən bu cür səyyar qəbul və görüşlərin Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq keçirildiyini və görüşlərin keçirilməsində məqsədin əhalini narahat edən problemlərin yerindəcə öyrənilməsi və operativ həllinə kömək göstərilməsi olduğunu söyləyib.

 



Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?
Çox gözəl saytdı
Yaxşıdı
Yaxşıdı amma ..
Daha yaxşı ola bilər
Normaldı



Xəbər lenti
23 10 2018
23 10 2018
23 10 2018
23 10 2018
23 10 2018
23 10 2018
23 10 2018
23 10 2018
23 10 2018
23 10 2018
23 10 2018
23 10 2018
23 10 2018
23 10 2018
23 10 2018
23 10 2018
23 10 2018
23 10 2018
23 10 2018
23 10 2018
23 10 2018
23 10 2018
23 10 2018
23 10 2018
23 10 2018
23 10 2018
23 10 2018
22 10 2018
22 10 2018
22 10 2018