Ana səhifə Gündəm Aktual Problem Siyasət Araşdırma Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (17-05-2018, 19:53)
Azərbaycan nümayəndə heyətinin Həştərxan vilayətinə səfəri baş tutub.

Azərbaycan nümayəndə heyətinin Həştərxan vilayətinə səfəri baş tutub.

 

17 may 2018-ci il tarixində Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasının Həştərxan vilayətinə işgüzar səfər çərçivəsində bir sıra görüşlər keçirmişdir.

İlk öncə Həştərxan şəhərində Ulu Öndər Heydər Əliyevin əzəmətli abidəsi ziyarət edilmişdir.

Daha sonra səfər çərçivəsində nümayəndə heyətinin  Həştərxan vilayətinin rəhbərliyi görüşü baş tutmuşdur.

Görüşdə Azərbaycan tərəfini Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının icraçı direktoru Emin Hacıyev, Nərimanov Rayon İcra Hakimiyyətinin əməkdaşları təmsil ediblər. İşgüzar müzakirələrdə Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin, Vilayətin Beynəlxalq və Xarici İqtisadi Əlaqələr naziri Denis Afanasyev, Qubernatorun iqtisadi məsələlər üzrə müşaviri İrahid Mirişov, Həştərxanda Azərbaycan diasporasının rəhbəri Ədalət Hüseynov iştirak etmişlər.

Görüş zamanı ölkələrimiz arasında tarixi köklərə söykənən dostluq münasibətlərindən danışılmış,Rusiya Federasiyasının Həştərxan vilayəti ilə Azərbaycan Respublikası arasında mövcud olan sosial-iqtisadi və mədəni əlaqələrin daha da gücləndirilməsi müzakirə olunmuş, həmçinin dövlətimiz tərəfindən Həştərxan şəhərində həyata keçirilmiş və perspektivdə nəzərdə tutulan layihələr barədə ətraflı fikir mübadiləsi aparılıb. Xüsusilə qeyd olunub ki, Azərbaycan ilə Rusiya Federasiyası arasında əlaqələr xalqımızın Ümummilli Lider Heydər Əliyevin dövründə öz inkişafının yeni mərhələsinə qədəm qoymuş və bu gün Prezident cənab İlham Əliyev tərəfindən daha yüksək səviyyəyə çatdırılıb.

    Azərbaycan-Rusiya münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyi vurğulanaraq, xalqlarımız arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində son illər böyük işlərin görüldüyü qeyd edilib.

    Bununla yanaşı görüş zamanı Həştəxan şəhərində inşası tamamlanmış Azərbaycan İş Mərkəzinin açılış mərasimi müzakirə edilmiş, müvafiq tapşırıqlar verilmişdir.

Qeyd edək ki, Heydər Əliyev Fondu tərəfindən Həştərxan şəhərində bir sıra sosial layihələr həyata keçirilib. Həştərxanda Ulu Öndər Heydər Əliyevə abidə ucaldılıb. Onun adını daşıyan park və 11 nömrəli ümumtəhsil məktəbinin binası yenidən qurulmuş, həmin məktəbin nəzdində müasir uşaq bağçası tikilib istifadəyə verilmiş, “Azərbaycan-Rusiya Dostluq Körpüsü” açılmış,  Knyaz Vladimirin abidəsi ucaldılmış və “Meçta” uşaq əyləncə şəhərciyi salınmışdır.

Görüşdən sonra hər iki tərəfin nümayəndələrinin iştirakı ilə həmin bu layihələrə baxış keçirilmişdir.

Yekunda Azərbaycan İş Mərkəzinə baxış keçirilmiş, ərazidə aparılan abadlıq və yaşıllaşma işləri ilə yerində tanış olunaraq müvafiq tapşırıq və göstərişlər verilmişdir.

Azərbaycan nümayəndə heyətinin Həştərxan vilayətinə səfəri baş tutub.
Azərbaycan nümayəndə heyətinin Həştərxan vilayətinə səfəri baş tutub.
Azərbaycan nümayəndə heyətinin Həştərxan vilayətinə səfəri baş tutub.



Xəbər lenti
25 05 2018
25 05 2018
25 05 2018
25 05 2018
25 05 2018
25 05 2018
25 05 2018
25 05 2018
25 05 2018
25 05 2018
25 05 2018
25 05 2018
25 05 2018
25 05 2018
25 05 2018
25 05 2018
25 05 2018
25 05 2018
25 05 2018
25 05 2018
25 05 2018
25 05 2018
25 05 2018
25 05 2018
25 05 2018
25 05 2018
25 05 2018
25 05 2018
25 05 2018
25 05 2018