Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (25-01-2018, 20:30)
Cərimə və islah işləri cəzalarının icrası ilə bağlı büdcəyə ödənilən vəsait artıb

Cərimə və islah işləri cəzalarının icrası ilə bağlı büdcəyə ödənilən vəsait artıb

 

Cərimə və islah işləri cəzalarının icrası ilə bağlı dövlət büdcəsinə ödənilən vəsait artıb.

Mediatv.az  Milli.Az-a istinadən xəbər verir ki, bu barədə nazirlikdə keçirilən Probasiya Xidmətinin yerli qurumlarının rəhbərlərinin və probasiya üzrə icra məmurlarının iştirakı ilə 2017-ci ildə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaların icrası üzrə görülmüş işlərin və xidmətin qarşısında duran vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirədə bildirilib.

Tədbirdə ədliyyə nazirinin müavini Vilayət Zahirov Prezident İlham Əliyevin cəza siyasətinin humanistləşdirilməsinə dair 2017-ci il 10 fevral tarixli sərəncamına əsasən, Probasiya Xidmətinin yaradılması üzrə görülən tədbirlərdən danışıb, bununla bağlı qanunvericiliyin təkmilləşdirilməsini, probasiya nəzarətinin təsbit olunmasını qeyd edib, azadlıqdan məhrumetməyə alternativ cəzaların icrasında probasiya xidmətinin mühüm rolunu vurğulayıb.

Sonra Probasiya Xidmətinin rəisi Akşin Ziyadov qurumun ötən dövrdəki fəaliyyəti və qarşıda duran vəzifələr barədə məruzə ilə çıxış edib. O bildirib ki, azadlıqdan məhrum etmə cəzasının tətbiqinin azaldılması və daha çox alternativ cəzalara üstünlük verilməsi məqsədilə dövlət başçısı tərəfindən təsis edilmiş Probasiya Xidmətinin işinin müasir tələblər səviyyəsində qurulması, cəzaların icrası zamanı müasir elektron nəzarət vasitələrinın geniş tətbiqi ilə bağlı Xidmətin monitorinq mərkəzinin təşkili üzrə tədbirlər görülür.

Qeyd olunub ki, azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların icrası diqqətdə saxlanılaraq 2017-ci ildə 6.820 şəxsin cəza müddəti başa çatıb və ya təyin olunmuş cəzası tam icra edilib, yeni cinayət törədən məhkumların sayı 10 faiz azalıb. Cərimə və islah işləri cəzalarının icrası ilə bağlı dövlət büdcəsinə ödənilən vəsaitin məbləği artaraq 1.5 milyon manata çatıb.

Eyni zamanda, 2017-ci il 17 oktyabr tarixli qanunla Cinayət Məcəlləsinə mühüm dəyişikliklər edilərək bir çox əməllərin dekriminallaşdırılması yüzlərlə məhkumun cəzalardan azad olunmasına və ya yüngülləşdirilməsinə səbəb olub. Probasiya Xidməti tərəfindən yeni qanunun təsiri altına düşən şəxslərin dairəsi müəyyən olunaraq həmin məhkumlar barədə məhkəmələrə müvafiq təqdimatlar göndərilib.

İclasda görülən işlərlə yanaşı, bu sahədə nöqsan və çatışmazlıqlar qeyd olunaraq cərimə və ictimai işlər növündə cəzaların icrasına diqqətin artırılması, məhkumun cəzadan yayınmasının qarşısının alınması, onlarla aparılan islah və tərbiyə işinin keyfiyyətinin artırılması, probasiya nəzarətinin səmərəli təşkili ilə bağlı tapşırıqlar verilib, yerli qurumların rəhbərləri dinlənilərək, mövcud problemlərin həlli yolları təhlil edilib.

Müşavirəyə yekun vuran nazir müavini azadlıqdan məhrumetməyə alternativ cəzaların vaxtında və dürüst icrasına nail olunması, tabe qurumların fəaliyyətinə nəzarətin gücləndirilməsi, probasiya üzrə icra məmurlarının peşəkarlığının artırılması, vətəndaş məmnunluğunun yüksəldilməsi ilə bağlı konkret tapşırıqlar verib.

шаблоны для dle 11.2

Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024