Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (26-03-2014, 17:56)
Toyda icra başçısı ilə polis rəisi arasında- əlbəyaxa dava

Toyda icra başçısı ilə polis rəisi arasında- əlbəyaxa dava

 

Keçmiş icra başçısı ilə polis rəisi Bakıdakı "Madonna" restoranında münasibətlərini ayırd etdilər Azərbaycanda sabiq icra başçısı ilə polis rəisi arasında dava düşüb. 

 

“Qafqazinfo” xəbər verir ki, Avropa.info-nun  əldə etdiyi məlumata görə, dava  martın 23-də Bakıdakı "Madonna" şadlıq sarayında, Şabran rayonunun prokuroru  Mübariz  Bayramovun  oğlu üçün etdiyi toy məclisində baş verib. Belə ki, vaxtilə Laçın rayonunun prokuroru işləyən  M.Bayramov  toy məclisinə  Laçınlı məmurları da dəvət edib.  Toyda  Laçın rayon polis şöbəsinin rəisi Məhəmməd Kərimov, sabiq deputat, hazırda Yardımlı rayon icra başçısı işləyən Sevindik  Hətəmov, Laçın rayonunun keçmiş icra başçısı Ramiz Cəbrayılov  və Laçın rayon  PŞ-i  DYPB-nin  keçmiş  rəisi  İlqar  Mehtiyev də iştirak ediblər. 

Toyda  Laçın rayon RPŞ-nın rəisi M.Kərimov keçmiş başçının salamını almayıb. Bu vaxt keçmiş başcı R.Cəbrayılovla  göruşən keçmiş DYPB-nın  rəisi İ.Mehtiyev R.Cəbrayılovdan soruşub ki,"mən sizə nə etmişdim ki,məni işdən çıxartırıb təqaudə göndərdiniz." R.Cəbrəyılov  isə  onu  polis rəisinin işdən çıxartdığını deyib. səni mən yox öz polis rəisin işdən çıxartırıb. Keçmiş icra başçısı  polis rəisinin  keçmiş  DYPB  rəisindən DİN  rəhbərliyinə  şikayətlər etdiyini bildirib. 

İlqar  Mehtiyev isə  eks-icra başçısının dediklərini  polis rəisinin diqqətinə çatdıraraq, bu dəfə onu  "razborka"ya  çəkməyə cəhd edib.  Bu zaman  keçmiş icra başçısı ilə  Laçının polis rəisi arasında dava düşüb. Bir-birini söyən və vuran   R. Cəbrayılovla  M.Kərimovu  Suraxanı rayon polis şöbəsinin rəisi  sakitləşdirməyə çalışıb. Keçmiş icra başçısını  Suraxanı polisinin rəisi  hadisə yerindən uzaqlaşdırıb. Polis rəisi Məhəmməd  Kərimovu isə əslən Kəlbəcərdən olan Siyavuş adlı prokurorluq işçisi  hadisə yerindən uzaqlaşdırıb. 

Mübahisə  zamanı  polis rəisi Məhəmməd  Kərimov keçmiş icra başçısına  100 tonlarla yanacaq satdığını, yardım pullarını mənimsədiyini, qeyri-əxlaqi hərəkətlər etdiyini  xatırladıb. Polis rəisi Laçın camaatının hələ də keçmiş icra başçısından  şikayətlər etdiyini deyib. 

 “Axar.az” saytına açıqlamasında Laçın Rayon Polis Şöbəsinin rəisi Məhəmməd Kərimov deyib ki, yayılan informasiyalar yalandır, orda dava olmayıb.  O, Laçın rayonunun keçmiş icra başçısı Ramiz Cəbrayılovla aralarında olan dava ilə bağlı yayılan xəbərlərin heç birinin doğru olmadığını bildirib: “Orda toyda iştirak etmişik. Amma heç bir dava-filan olmayıb. Yayılan informasiyaların hamısı yalandır

шаблоны для dle 11.2

Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024