Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (19-12-2014, 20:23)
230 min manatlıq “torpaq” skandalında komitə sədrinin adı hallanır

Mübariz Vəliyevin 8 aylıq sənəd verib-ləğv etmə əməliyyatının arxasında nə dayanır?

 

 
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsində özbaşınalıqların, saxtakarlığın və digər korrupsiya hallarının baş alıb getdiyi barədə müvafiq qurumlara çoxsaylı şikayət məktubları göndərilməkdədir. 
Bu qurumun müdiri Mübariz Vəliyevin yarıtmaz fəaliyyətinə dair onlarla fakt ölkənin ən müxtəlif kütləvi informasiya vasitələrində dərc olunub. Bu faktların əsasında isə ilk növbədə Mübariz müəllimin rayon ərazisində fəaliyyət göstərən bələdiyyə sədrləri ilə birgə həyata keçirdiyi torpaq maxinasiyaları durur. 
Mübariz Vəliyev hazırda Abşeronda narazılıq obyektlərindən birinə çevrilib. Narazılıqların yaranmasına daha bir səbəb kimi də Torpaq Şöbəsindən vətəndaşlara məxsus ərazilərə dair kənar şəxslərə qeyri-qanuni sənədlərin təqdim olunması göstərilir. Belə ki, Mübariz Vəliyev və onun rəhbərliyi altında işləyən bəzi mütəxəssislər vəzifə səlahiyyətlərini aşaraq müxtəlif şirkət və fermer birliklərinin daimi istifadəsində olan torpaqlara rəy verir və həmin torpaqların digər rayon sakinlərinə icarəyə verilməsinə şərait yaradırlar. 
Dəfələrlə barəsində  Baş Prokurorluğa müraciət edilən M.Vəliyevlə bağlı iddialara əhəmiyyət verilməyib. Əks halda M.Vəliyev bu gün də tutduğu vəzifədə qalmaqla öz qanunsuz əməllərinə davam edə bilməzdi. 
Bu şəxsin bu qədər özbaşınalığı təkbaşına etməsi imkansızdır. Yəni, arxası olduğu üçün 8 ay öncə özünün verdiyi əmri ləğv edərək, 230 min manat pulun arxasından keçib. Aldığımız məlumata görə, Abşeron ərazisində 6 hektar ərazi üçün üç şərikdən toplan 230 min manat pul alaraq, o torpağı bu şəxslərin adına sənədləşdirib. Lakin üzərindən 8 ay keçdikdən sonra öz imzaladığı sənədi ləğv edib. O, bunu müxtəlif bəhanələrlə izah etsə də, pulu geri qaytarmaqdan imtina edib. Səbəb kimi isə o pulun Respublika Prokurorluğunun İdarə rəislərindən birinə çatdırıldığını göstərib.  Eyni zamanda qeyd edib ki, 230 min manatdan başqa həmin idarə rəisi bir başqasına da 800 min manat “atıb”. Həmin şəxslər dəfələrlə bu barədə görüşsələr də, o pulu geri qaytarmır. 
Eyni zamanda qeyd olunur ki, Mübariz Vəliyev və hamisi olan idarə rəisi aldatdıqları adamlarla görüşlərdə Torpaq və Xəritəçəkmə Komitəsinin  sədri Qərib Məmmədovun adını hallandırırlar. Bu pulların həmin komitənin mühüm şəxsləri vasitəsilə sədrə çatdırıldığını iddia edirlər. 
Pulu batan vətəndaşlar iki idarə arasında qalsa da, Mübariz Vəliyev hələ də o pulu geri vermək istəmir. Onunla əlaqədar şikayətlərin nəticəsiz qalması isə göstərir ki, onun korrupsiya əməllərinə ortaq olanlar və onlar onu qoruyurlar. Ancaq sənədlər və daşdan keçən faktlar ortaya çıxdıqdan sonra Mübariz Vəliyevi kim qoruya biləcək?...
Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq...

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024