Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (29-11-2021, 19:52)
Baş həkim jurnalistə qarşı gülməli iddia qaldırıb

Baş həkim  jurnalistə qarşı  gülməli   iddia  qaldırıb

Son günlər bir çox dövlət qurumlarında mətbuat nümayəndələrinə qarşı xüsusi aqressiya formalaşıb. Buna səbəb isə dövlət qurumlarında cərəyan edən korrupsiya, yeyinti və digər qanun pozuntularının media gündəmində geniş yer almasıdır.
Maraqlıdır ki, şəxsi maraqları naminə qanunları görməzdən gələn, kobud şəkildə qanunları pozan bəzi məmurlar başqalarını, xüsusilə də onların əməllərini ifşa edən mətbuat nümayəndələrini "qanunu pozmaq"da günahlandırırlar.
Bu kimi hallarla qarşılaşan daha bir jurnalist Əfqan Bəhluloğlu 29.11.2021-vi il tarixində öz şəxsi facebook hesabında maraqlı paylaşımı ilə diqqət çəkib.
Əfqan Bəhluloğlu bildirir ki, Suraxanı rayon 24 saylı poliklinikanın baş həkimi Hacıağa Bağırov onu məhkəməyə verib. Buna səbəb isə poliklinika barəsində redaksiyaya daxil olan məlumatların dəqiqləşdirilməsi üçün Əfqan Bəhluloğlunun aidiyyəti üzrə qurumlara sorğu göndərməsi olub. İşini icra edən jurnalistin bu addımından qəzəblənən baş həkim Hacıağa Bağırov "şərəf və ləyaqətin müdafiəsi və mənəvi zərərin ödənilməsi" tələbi ilə məhkəmə iddiası qaldırıb.
Sən demə hər hansı bir dövlət qurumu, yaxud məmurun barəsində yayılan məlumatları dəqiqləşdirmək onu "təhqir etmək" hesab edilirmiş...

Daha ətraflı məlumatları təqdim edirik:

"Hörmətli həmfikirlər, dəyərli həmkarlar.
Bu yaxınlarda jurnalist sorğusuna görə Suraxanı rayonunda yerləşən 24 saylı poliklinikanın baş həkimi Hacağa Bağırov tərəfindən məhkəməyə verilmişəm. Bildirirəm ki, iddiaçı Bağırov Hacağa Müzəffər oğlu mənə qarşı “şərəf və ləyaqətin müdafiəsi və mənəvi zərərin ödənilməsi” tələbi ilə məhkəməyə müraciət edib.
Məhkəmədə dəfələrlə bildirmişəm ki, iddiaçı Bağırov Hacağa Müzəffər oğlunun iddia ərizəsində göstərdiyi hallar əsassızdır və heç bir hüquqi qüvvəsi yoxdur.
Belə ki, hər bir jurnalistin araşdırma aparmaq, sorğu vermək, informasiya almaq və yaymaq hüququ Azərbaycan Respublikasının Kütləvi İnformasiya Vasitələri Haqqında Qanunla tənzimlənir. Redaksiyaya daxil olmuş məlumatın, informasiyanın mötəbərliliyini müvafiq olaraq dövlət qurumlarına sorğular verilərək dəqiqləşdirmək Azərbaycan Respublikasının müvafiq qanunlarında nəzərdə tutulub. Əlavə olaraq redaksiayaya daxil olan informasiyanın dəqiqləşdirilməsi mümkün olmadıqda (Xüsusi bilik tələb edən işlər mövcud olduqda) dövlət qurumlarını məlumatlandırmaq jurnalistin birbaşa vəzifə borcudur.
Redaksiya tərəfindən iddiaçı Bağırov Hacağa Müzəffər oğlunun işlədiyi və baş həkim olduğu 24 saylı poliklinka ilə bağlı informasiyanın dəqiqləşdirilməsi üçün bir neçə dövlət strukturuna-Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Fövqalada Hallar Nazirliyinə və Həmkarlar İttifaqları Konfedrasiyasına jurnalist sorğusu göndərmişəm. Sorğu yollamaq, araşdırma aparmaq Azərbaycan Respublikası Konstutsiyasının media mənsubu olaraq mənə verdiyi səlahiyyətdir. 24 saylı poliklinika ilə əlaqədar sorğuların iddiaçı Bağırov Hacağa Müzəffər oğlunun şərəf və ləyaqəti ilə heç bir əlaqəsi yoxdur və ola da bilməz.
Əlavə olaraq iddiaçı Bağırov Hacağa Müzəffər oğlu barəsində baş redaktoru olduğum “Mediatv.az” xəbər portalında hələ ki, heç bir material dərc olunmamışdır.
Məhkəməyə bildirmişəm ki özünü jurnalist kimi təqdim edən İlham adlı şəxsin Orxan adlı oğlu, bu sorğudan sonra mobil telefonuma zəng vuraraq, məni öldürəcəyi ilə hədələmişdir. Məni ölümlə təhdid edən
şəxsi məlumatlandıraraq səs yazısini lentə almışam və 23.11.2021-ci il tarixdə keçirilən məhkəmə prosesində hakim Rübaba Qafarovaya təqdim etmişəm.
Xatırladım ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 163.2-ci maddəsinə əsasən jurnalistin peşə fəaliyyətinə mane olmaq cinayət məsuliyyəti doğurur.
Cinayət Məcəlləsinin 163.2-ci vəzifəli şəxsin maddəsində jurnalistin peşə fəaliyyətinə mane olma, yəni zor tətbiq etməklə və ya belə zor tətbiq etmək hədəsi ilə məlumat yaymamağa və ya məlumat yaymaqdan imtinaya vadar etmə kimi göstərilmişdir.
Beləliklə, mənim peşə fəaliyyətimlə məşğul olmağımın qarşısının alınmasına yönəlmiş hərəkətlər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) məsuliyyətinə səbəb olur.
Peşə fəaliyyətimə maneəçilik törədilməsi üçün gah ölümlə təhdid olunuram, (CM-134-cü maddə) gah da ki, baş həkim vəzifə səlahiyyətlərindən sui-istifadə edərək onun haqqında jurnalist araşdırması aparmağıma mane olmaq üçün məhkəmələrdə vaxtımı alır və bu vasitələrlə yolumdan çəkindirməyə çalışır (CM-163.2-ci maddə). Məhkəmə baxışının növbəti vaxtı 06.11.2021-ci il tarixdədir. Hakimin qanunvericiliklə qadağan olunmuş məsələləri araşdırması barədə geniş açıqlama ilə yaxın günlərdə çıxış edəcəyəm. Ümid edirəm ki, bu qondarma "iddia" Məhkəmənin ədalətli qərarı ilə layiqli qiymətini alacaq."
шаблоны для dle 11.2

Xəbər lenti
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024