Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (13-08-2021, 14:37)
Azərbaycan sərt karantinə keçir? - Operativ Qərargahda müzakirə gedir

Azərbaycan sərt karantinə keçir?
Məlum olduğu kimi, ötən gün virusa yoluxanların sayı 2674, sağalanların sayı 576, dünyasını dəyişənlərin sayı isə 14 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 5 607 591, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 287 430, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 320 161 təşkil edir. Yoluxma saylarının artma dinamikası vəziyyətin ciddiləşəcəyini göstərir. Yenidən qapanmalara gedilməsi müzakirə mövzusudur. Mövzu ilə bağlı Cebhe.info-ya baş infeksionist Təyyar Eyvazov danışıb. O virusa yoluxanların sayının artdığını infeksiyanı təsdiq etmək üçün götürülmüş test nümunələrində də özünü göstərdiyini deyib.

Baş infeksionistin fikrincə, bu, vəziyyətin pisləşdiyini göstərir:

“Son günlər koronavirus infeksiyasına yoluxmada mənfi dinamika var və yoluxma hallarının sayında artım izlənilir. Qeyd etmək istəyirəm ki, bu hal bizə qonşu olan və dünya ölkələrində də təkrarlanmaqdadır. Bizim ölkə sözügedən prosesə bir qədər sonra qoşulub. Pandemiya ilə bağlı ölkəmizdə mövcud vəziyyət Türkiyə, İran, Gürcüstanla müqayisədə daha yaxşıdır. Amma pisləşmə tendensiyası var.

Bunun səbəblərini çıxışlarımızda yumşalmalarla bağlı olduğunu bildirmişik. Çünki,insan təmasları artıb. Kütləvi tədbirlərin keçirilməsi, iri ticarət mərkəzlərinin, restoranların, metronun işləməsi yaxın təmasların artmasına gətirib çıxartdı. Bir tərəfdən də əhalinin fərdi qoruma tədbirlərinə olan laqeydliyi, maskanın vaxtında, yerində, düzgün istifadə olunmaması, bununla bağlı unutqanlıq, ümumlikdə qaydalara düzgün əməl edilməməsi və insanların arxayınlaşması yaxın təmaslar fonunda yoluxmanın artmasına gətirib çıxardı”.

Baş infeksionist bildirib ki, yoluxmaların artmasına digər əsas faktor da təsir edir. Bu, koronavirusun mutasiya olunmuş yeni “Delta” ştammının ökəmizdə yayılmasıdır:

“Hazırkı artımın belə sürətli olmasında bu ştammın təsiri var. Proses belə davam edərsə, tənzimləyici qurum, yəni Operativ Qərargah müəyyən qərarlar verəcəkdir. Pandemiya təcrübəsində görmüşük ki, hər dəfə vəziyyət pişləşdikdə, verilən qərarlar silsilə şəklində olur. Bu gün vəziyyət hələ də acınacaqlı deyil. Sadəcə olaraq, biz bu tendensiyanı görürük. Ona görə də bu barədə müzakirələr davam edir. Sonda veriləcək hansısa qərar mövcud olan vəziyyətə uyğun olacaq.

Təcrübəni əsas götürərək, gözləməli deylik ki, vəziyyət pisləşsin. Ümumiyyətlə, biz mənfi situasiyanı aradan qaldırmaq, ən azı virusun yayılma sürətini azaltmaq üçün birinci növbədə öz məsuliyyətimizi dərk etməliyik. Qaydalara əməl etmək kimi vətəndaş borcumuz və məsuliyyətimiz var. Qoruyucu tədbirlərə ciddi əməl etməliyik. Digər tərəfdən, pandemiya prosesinin ən effektiv üsulu sayılan vaksinasiyada yaxından iştirak etməliyik. Daha çox insan peyvənd olunarsa, onda mənfi ssenarilərlə pis həddə gəlib çıxmaz və infeksiya üzərindəki nəzarəti itirmərik”.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025