Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (11-08-2021, 15:18)
İşğaldan azad olunan ərazilərdən gələn İLK BƏHRƏLƏR

İşğaldan azad olunan ərazilərdən gələn
Kəlbəcər yaylaqlarına köçürülən arıçılıq təssərrüfatları öz bəhrəsini verməyə başlayıb. Arıçılar bol məhsul əldə ediblər - hər pətəkdən 45-50 kiloqram bal toplayıblar, halbuki əvvəlcə bir pətəkdən 30 kiloqram məhsulun götürülməsi nəzərdə tutulub.

Qeyd edək ki, Kəlbəcər rayonunun yaylaqlarına 3537 arı ailəsi köçürülüb.

30 ilə yaxın işğal altında olan və bərəkətindən düşmən tərəfin yararlandığı ərazilərimizdə hazırda daha hansı istehsal sahələri yaradılıb və bununla bağlı yaxın perespektiv üçün hansı planlar nəzərdə tutulur?

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov Bizim.Media-ya açıqlamasında bildirib ki, Kəlbəcərlə yanaşı Laçın rayonuna 531 arı ailəsi köçürülub. Həmçinin iyun ayında 6 qoyunçuluq təsərrüfatı Kəlbəcər yaylaqlarına köçürülüb.

Nəzərdə tutulan planlara gəlincə, Vüqar Hüseynov bunları açıqlamağın Prezident Adminitrasiyasının səlahiyyətində olan məsələ olduğunu bildirib.

Qeyd edək ki, daha əvvəl Ağdam rayonunda 7 min hektar ərazidə əkin işlərinin aparılması ilə bağlı məlumat verilib.

İşğaldan azad edilmiş rayonlarımızda aqrar sahədə böyük potensialının olduğu bildirilir. Hesab edilir ki, bu ərazilərdə taxıl zəmiləri, pambıq tarlaları, üzümlüklər, meyvə bağları salına bilər, tərəvəzçilik, eləcə də heyvandarlıq, baramaçılıq inkişaf etdirilə bilər.

Hətta ekspertlər hesab edirlər ki, sözügedən rayonların potensialından geniş istifadə edilərsə, bu ərazi öz iqtisadi faydasına görə Azərbaycanda Abşeron iqtisadi rayonundan sonra ikinci yeri tuta bilər.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025