İllər öncə əməkdar artist Nüşabə Ələsgərli ikinci həyat yoldaşından danışdi, onu ictimaiyyətə belə təqdim etdi:
“O, ortaq dostumuz, həm də qonşumuz olan Emillə birgə idmana gedirdilər. Mən salonda idim. Onlar salonun qarşısından keçəndə Emil mənimlə salamlaşdı. Orada da həyat yoldaşımla rastlaşdıq. Deyim ki, bir könüldən min könülə aşiq oldum, xeyr. Sadəcə, həyat belə gətirdi. Gözəl xasiyyəti, mədəniyyəti, danışığı var”.
Müğənni kəbinlə -“zaqs”la ailə qurduğunu bildirərək Rzanı yaxından tanıdıqdan sonra bu qərarı verdiyini söyləmişdi . Uzun zaman, idmanla məşğul olan Rza bəy həm də illər öncə əməkdar artistin cangüdəni işləyib.
Nüşabə Ələsgərli sosial şəbəkədə yeni paylaşım edib.
Adalet.az xəbər verir ki, sənətçi 15 ildir evli olduğu həyat yoldaşı Rzanın ad gününü təbrik edib.
Ələsgərli bu münasibətlə şəxsi "Instagram" hesabında ərinin fotosunu və görüntülərini yayımlayıb.
İfaçı paylaşımına "Ad günün mübarək. 100 yaşa" sözlərini yazaraq həyat yoldaşını təbrik edib.

Qeyd edək ki, Rza Nüşabə Ələsgərlidən 7 yaş kiçikdir. O, əslən İran vətəndaşıdır.





























