Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (9-08-2021, 14:54)
Suraxanıda növbəti şəhidin xatirəsi əbədiləşdirildi - Fotolar


Suraxanıda növbəti şəhidin xatirəsi əbədiləşdirildi


Bu gün 21 yaşında Şəhidlik zirvəsinə ucalan leytenant, Əliyev Samir Əliheydər oğlunun doğum günüdür.

“Mediatv.az”a verilən məlumata görə, bu münasibətlə avqustun 9-da Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, müavinləri, RİHBA-nın şöbə müdirləri, Zığ qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və bələdiyyə sədri, Şəhid Ailələrinin müdafiə cəmiyyətinin Suraxanı rayon şöbəsinin sədri, Şəhid anaları, 55 saylı tam orta məktəbin pedaqoji və şagird heyəti, Samir Əliyevin hərbiçi yoldaşları Vətən müharibəsində möhtəşəm qələbənin qazanılmasında şücaət göstərən Şəhidimizin əziz xatirəsini ehtiramla yad edərək Suraxanı RİH tərəfindən onun adının əbədiləşdirilməsi məqsədilə salınan parkın və inşa edilən bulağın açılış mərasimində iştirak etmiş, ruhuna dualar oxuyub və doğmalarına dərin hüznlə başsağlığı veriblər. 

Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov dövlətimizin şəhidlərin ruhuna bəslədiyi ehtiram və onların ailələrinə qayğısından bəhs edərək Samir Əliyevi boya-başa çatdıran anası Sevda xanıma və nənəsi Cəmilə xanıma təsəlli verib, Vətənimizə belə gərəkli övlad böyütdükləri üçün bir daha təşəkkür edib, torpaqlarımızın müdafiəsi naminə canlarından keçib və Şəhidlik zirvəsinə ucalmış Vətən övladlarımızın xatirəsinin daim əziz tutulduğu kimi, onların ailə üzvlərinin, doğmalarının da hər zaman dövlət qayğısı ilə əhatə olunacağını bildirib.Tədbirdə Şəhidimizin döyüş yolundan, onun göstərdiyi qəhrəmanlıqlardan söhbət açılıraq bütün Şəhidlərimizin müqəddəs ruhu ehtiramla yad edilib, Samir Əliyevin təhsil aldığı 55 saylı tam orta məktəbin şagirdlərinin ifasında vətənpərvərlik ruhunda şer və mahnılar səsləndirilmiş, sülh rəmzi olan göyərçinlər havaya uçurdulub.

Həmçinin, müəllifi Mahirə xanım Qarayeva olan, Samir Əliyevin əziz xatirəsinə həsr olunmuş “Oyan, Baş Leytenant” adlı kitabın təqdimetmə mərasimi də keçirilib.

Daha sonra tədbir iştirakçıları Şəhidin dəfn olunduğu II Fəxri Xiyabanda onun məzarını ziyarət edərək, məzarı önünə gül dəstələri düzülüb.

 








шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025