"Bu günə qədər ölkədə vurulan vaksinlərdən ciddi əks-təsir müşahidə olunmayıb".

"Mediatv.az" xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın iyulun 26-da keçirilən brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, yeni ailə quranlara vaksinasiya tövsiyə olunmur: “Uşaq planlamadan öncə də peyvənd etdirmək məsləhət deyil”.