DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan  verilən məlumata görə, şadlıq evinə keçirilən baxış zamanı təşkil edilən toy mərasimi ilə bağlı məlumatların portalda qeydiyyatdan keçirilmədiyi, icazə verilən saydan artıq qonağın iştirakı, eləcə onların bəzilərinin COVID-19 pasportunun olmadığı müəyyən edilib. Aşkarlanan qayda pozuntuları ilə bağlı obyektin sahibi Qasım Rəcəbov barəsində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.