Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (16-07-2021, 17:04)
Uşağını diləndirən ana valideynlikdən məhrum edilə bilər

Uşağını diləndirən ana valideynlikdən məhrum edilə bilər

Baş Prokurorluq Suraxanı rayonunda Qaraçuxur məscidinin qarşısında iki yaşlı uşağını dilənməyə məcbur edən valideynlərlə bağlı məhkəməyə müraciət edib.

Mətbuat xidmətindən verilən məlumata görə, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində (CTKİ) araşdırma aparılaraq Suraxanı rayonu ərazisində yaşayan QİÇS və narkomaniya xəstəliklərindən əziyyət çəkən Arzu Mehdiyeva ilə Valeh Balacayevin faktiki nikahından doğulmuş 2019-cu il təvəllüdlü qızlarının həyatı üçün təhlükənin olması müəyyən edilib.

Bundan başqa, CTKİ-də daha iki azyaşlı uşağın Nərimanov rayonu ərazisində diləndirilməsi və antisanitar şəraitdə yaşaması ilə bağlı daxil olmuş məlumat əsasında araşdırma aparılıb.


Yoxlama zamanı valideynləri narkotik vasitələrin istifadəçisi olan iki azyaşlı uşağın küçələrdə dilənməyə sövq edilməsi, həmçinin baxımsız, antisanitar və sosial təhlükədə saxlanılması müəyyən edilib.

Mülki-prosessual və ailə qanunvericiliyinin tələblərinə müvafiq olaraq qeyd edilən hər iki halda Baş Prokurorluq tərəfindən azyaşlı uşaqların gələcək təhlükəsizliyini təmin etmək məqsədi ilə onların valideynlərinin valideynlik hüquqlarının məhdudlaşdırılması barədə müvafiq rayon məhkəmələri qarşısında mülki iddialar qaldırılıb.

Nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025