Sosial (8-07-2021, 22:12)
Koronavirus fırıldağı davam edir:qondarma “Delta”nı qarşılamağa hazır olun!
Diqqət!: əgər bu məqalənin üzərində bir qədər sonra “Feykdir” sözlərini oxusanız, məqalənin müəllifinin ünvanına söyüş və hədələr eşitsəniz, təəcüblənməyin:əhaliyə koronavirus haqqında deyilən obyektiv məlumatlar yalan kimi, saxta məlumatlar isə həqiqət kimi təqdim edilir. Azərbaycanda bir çox həkimlərin sevincinin həddi-hüdudu yoxdur, bunlar kovid proektində işləyən, bu proektin hesabına artıq varlanmış, statistikanı kovid tərəfə saxtalaşdıran, fasiləsiz olaraq vaksinasiya, testləşmə, indi də “Delta” təbliğatı aparan, insanları öz yalanları ilə “kovid” qorxusu altında saxlayan üzdəniraq professorlar və başqa həkimlərdir, bunlar vaksinlərin 4-5 doza həcmində vurulmasını artıq təklf edirlər, “Delta”nın simptomlarını artıq sadalayırlar.Mən hərdən təsadüfən bəzi həkimlərdən bu sözləri eşıdirəm:”İndi xəstəlik yoxdur, bizim dolanışığımız da yoxdur, xəstəliyi artırsaydılar, bir az pul yuğardıq.” Bunlar hələ bəzi təşkilatlardan şikayət də edirlər:”Bizim kovid pullarımız verilmir”Belə həkimlərdən bəziləri hətta video-müraciətlər də edir, öz kovid pullarını tələb edirlər.Bu adamlar hansı xidmətlərinə görə pul tələb edirlər?! İnsanları aldadıb, 2 ildir ki qorxu altında saxlayıb, onları qırğına verdiklərinə görəmi, Sağlam insanlara “Koronavirus infeksiyası” diaqnozu qoyub, sonra xəstəxanalarda onların başına min cür oyun açdıqlarına görəmi? Həqiqətdə mövcud olmayan, “Vaksin” adını daşıyan, 3 zəhərli komponentin cəmindən təşkil olunmuş maddənin insanlara vurulmasını təbliğ etdikilərinə görəmi? Bu adamlar hələ bir, yalançı pandemiyanın sirlərini açan insanları “Dəli” adlandırmağa da cürət edirlər. Görəsən yenə də süni şəkildə, həmişəki kimi zəhərli kimyəvi maddələrin ətraf mühitə səpilməsi nəticəsində qlobal şəraitdə yayılan ”Delta” neçə insan həyatına son qoyacaqdır? Pul kisələrini artıq açıq hazırlamış yuxarıda haqqında danışdığım həkimlərin yaxın adamları bu deltanın qurbanı olmayacaqlarmı? Bu suallar bəlkə də ritorikdir. Lakin bu üzdəniraq həkimlər bilməlidirlər ki, bu cənfəşanlıq onların özlərinə də baha başa gələ bilər: Qlobal qüvvələr onların əmrlərini yerinə yetirmiş, missiyası bitmiş kölələri ilə çox qəddar rəftar edirlər. “Azərbaycana Delta virusu gəlir” deyib ağzı köpüklənən həkimlər bu həqiqəti heç vaxt yaddan çıxarmamalıdırlar. Dünyada heç vaxt “kovid pandemiyası” olmamışdır, indi də yoxdur, koronavirus insan bədənində həmişə yaşayır, insan üçün heç bir təhlükə kəsb etmir, koronavirusa qarşı vaksin mövcud deyildir, yeni insan vaksini hazırlamaq üçün 25 il vaxt tələb olunur, koronavirusu təyin edən test mövcud deyildir, “Koronavirus pandemiyası” qlobal Siyasi-kommersiya planıdır, qlobalistlərin planlarına görə bu proekt 2080-ci ilə qədər davam etməlidir, artıq bu vaxta dünya əhalisinin sayı “vaksinlərin” vurulması nəticəsində 9 milyarddan 1 milyarda endirilməlidir.Vaksinlərin vurulma tempi ləngidikdə “Yeni ştamlar” uydurulmalıdır, uydurulmuş yeni ştamlar vaksinlərin böyük dozada və tez-tez vurulmasına şərait yaratmalıdır.”Delta” bu məqsədlə uydurulmuşdur.Əgər ehtiyac olsa, yəni vaksinlərin çox və tez-tez vurulması tələb olunsa, qlobal qüvvələr hər ölkə üçün və planetar səviyyədə daha yeni ştamlar uyduracaqlar: nə vaxtsa Binəqədi və Xırdalan ştamları elan olunsa, heç də təəcüblənməyin. “Kovid”, “Koronavirus” kod sözlərdir, insanların öldüyü və bundan sonra da, bəlkə də oləcəyi xəstəliyin koronavirusla heç bir əlaqəsi yoxdur, xəstəlik çox asan yolla yayılır: güclü toksikliyə malik olan zəhərli kimyəvi maddələr qlobal səviyyədə təyyarələrlə və başqa hava vasitələri ilə ətrafa səpilir, bu əsasən gecə saatlarında baş verir, səhərki gün və ondan sonrakı günlər insanlar yüksək hərarətlə, ağır vəziyyətdə müalicə müəssisələrinə müraciət edirlər.Zəhərli kimyəvi maddələr ağciyərlərdə “Toksiki Pnevmoniya”-buna başqa sözlə “Toksiki pnevmonit” də deyilir-törədir, toksiki pnevmoniyalı xəstələrin vəziyyəti ağır olur, bu xəstəlik ağciyər-ürək çatmamazlığı ilə, hiperkoaqulyasiya və tromboz(qanın qatılaşması, qan damarları mənfəzinin trombla tutulması) ilə nəticələnərək xəstəni öldürür.Bütün bu vəziyyət saxta olaraq “Koronavirus infeksiyası” kimi qələmə verilir. “Delta”nın gəlişi də bu mənada istisna deyildir. Fəlsəfi-formal məntiqlə aşağıdakıları güman etmək olar: yüksək rütbəli həkim- məmur “Ay camaat, “Delta” gəlir, sizi öldürəcək, maska taxın, test verin, vaksin vurdurun, karantində oturun, SMS-lə küçəyə çıxın, kim inanmasa, onun evindən 3-4 meyit çıxacaq, qorxun, ay camaat, qorxun!”-deyəcək, televizorlar-zombovizorlar bütün günü bu haqda haray çəkəcək. Çox güman ki, belə də olacaq, çünki biz bu sözləri artıq iki ildir ki eşidirik.Lakin insanları daha güclü qorxutmaq üçün “Delta”nı təmin edəcək kimyəvi silah daha güclü və toksiki olmalıdır, daha çox insan qırılmalıdır.Qlobal qüvvələr və bizim təbliğatçı “həkimlərimiz” bunu açıq etiraf edirlər: “Delta daha dəhşətli olacaqdır.” İstisna deyil ki, bütün sərhədlər yenidən bağlanacaq, küçələrdə polislər maskasız insanların arxasınca qaçaraq cərimə normasını doldurmağa çalışacaqlar, bütün nəqliyyat bağlanacaq, insanlar isə Deltadan ölən qohumlarının yas mərasimlərini də verə bilməyəcəklər, çünki sosial distansiya gözləmək tələb olunacaq.Əgər möcüzə baş versə, sadalanan hadisələr baş verməyə də bilər...2020-ci ilin martından etibarən dünya ümidsizlik və qorxu içərisində yaşayır. BİOPSİXOTERROR əməliyyatı amansızlıqla və görünməz qəddarlıqla həyata keçirilir.Dünya əhalisi bu koronavirus mifi qarşısında baş əyməklə, özünün intellektual səviyyəsinin nə qədər aşağı olduğunu sübut etdi, hər bir insan özünü hamıdan ağıllı hesab etməsinə baxmayaraq, elə bu hissin qurbanı oldu, intellektual komfort istəyi insanları düşünmək həvəsindən məhrum etdi, hər bir fərd hazır məlumatlara inandı, televizorun, kütləvi informasiya vasitələrinin, Qlobalistlərə satılmış tibb mütəxəssislərinin fikirlərinə səcdə etməyə başladı, sərbəst analitik təfəkkür blokada olundu, qorxu fərdlərin düşüncəsinə hakim kəsildi. Psixiatriyada bu hadisəyə “Ayıq vəziyyətdə həyata keçirilən hipnoz” deyilir.Hal-hazırda Dünya əhalisinin yarısından çoxu reaktiv psixoz vəziyyətindədir.Rusiya psixiatrları bu patoloji vəziyyəti “koronofreniya” adlandırmışlar. Çox maraqlıdır ki, dünya mikrobioloqları koronavirusu açıq-vizual göstərən, onun haradasa indiki anda varlığını sübut edən metodun olmadığını qeyd edirlər, onlar deyirlər:”Ey koronavirusa səcdə edənlər, onu harada-adi mikrioskop, elektron mikroskopu altında görsəniz, bizə də göstərin.”Lakin, yalançı pandemiya elan olunandan bəri heç bir mütəxəssis heç elektron mikroskopu altında da koronavirusu görə bilməmişdir. Bəs bu bədbəxtlər “Korona” deyərək dad edir, kimi dindirəndə “Mən də korona keçirdim” deyir, lakin heç kəs bilmir ki, və düşünmür ki, əgər bir infeksion agent hətta elektron mikroskopu altında da görünmürsə, onun varlığından necə danışmaq olar?!.Televizorun danışdıqları qorxunc yalanlardan başlarına hava gəlmiş insanlar kəskin dezorientasiya vəziyyətində həkimlərdən eşitdikləri və mənasını bilmədikləri terminləri perseverativ olaraq təkrar edərək, sanki sayıqlayırlar-“Saturasiya”, “Antitel”, “İmmunitet”, “Buzlu şüşə”, budur son illərin çox dəbdə olan, və deyənlərin özü tərəfindən başa düşülməyən sözləri.Bir-neçə kəlmə testlər haqqında.Təxminən 10 gün bundan əvvəl Slovakiya Respublikasının Bratislava şəhərindəki xəstəxana laboratoriyalarından biri test edilən çubuqlara hopdurulmuş, toksiki xarakterli maddələri dəqiq müəyyənləşdirmişdir.Çubuqların üzərində vermiktin, xüsusi hidrogel, litium, civə aşkarlanmışdır, “Darpa” adını daşıyan hidrogel asanlıqla burunun və ağızın selikli qişasından liflər buraxaraq endokrin vəzi olan epifizə qədər gedib çatır, epifizi tam bürüyərək onun fəaliyyətini pozur, epifiz çox mühüm psixi proseslərin həyata keçirilməsi üçün lazım olan endokrin vəzidir, nəticədə müəyyən zamandan sonra insanda psixi pozuntular yaranır.Litium, civə, vermiktin bütün beyin strukturlarına toksiki təsir göstərir və insanın məhvinə gətirib çıxarır. “Vaksin” adlandırılmış maddələrin tərkibi artıq dünyanın ağlı başında olan bütün insanlarına məlumdur, bu haqda mən də ətraflı məlumat vermişəm və təkrara ehtiyac görmürəm. İstənilən tibbi prosedur “Nürenberq kodeksinə” uyğun şəkildə aparılmalıdır. Yalançı “Kovid pandemiyası”, uydurulmuş “Delta virusu”, mövcud olmayan “vaksinlər”, zəhərli “testlər”, tamamilə zərərsiz olan, virusoloqlar tərəfindən “impotent” adlandırılmış koronavirus, Qlobal-İnfernal qüvvələr tərəfindən planetar səviyyədə tətbiq olunan kimyəvi silah, Dünya əhalisinin sayının azaldılması planı Konspiroloji nəzəriyyə deyil, dünya miqyasında sübut olunmuş həqiqətlərdir. Bütün bu faktlara ironiya ilə yanaşan, yuxarıda deyilənləri məsxərəyə qoyan, gülən, özlərini hamıdan ağıllı hesab edən insanlar bilməlidirlər ki, özlərinin sonsuz nadanlıqları ilə ətrafdakı insanları da bədbəxt edirlər.Məqalə hazırlanarkən aşağıdakı mənbələrə istinad edilmişdir:”Transnasional kompaniyalar və qlobal siyasət” politoloq, professor Andrey Fursov, “Delta-KOVİD multfilminin növbəti seriyasıdır” Professor, həkim-epidemioloq İqor Qundarovun çıxışı, “KOVİD pandemiyası-qlobal fırıldaqdır” Tibb Professoru Pavel Vorobyov, “ Vaksinasiya-xəstəlikləri yaymaq üçündür” Pinti Faynşteyn, İsrail həkiminin çıxışı, “Koronavirus –xəstəlik törətmir” Kristian Fogens, alman virusoloqu, “Tibbi mikrobiologiya və immunologiya” Zverev, Zayçenko, “İmmunologiya” Xaitov, “Hərbi toksikologiya, radiobiologiya və tibbi qorunma”Petrenko, Fuks, “Kimyəvi maddələrin tənəffüs yollarında törətdikləri xəstəliklər-diaqnostika və müalicə” Sankt-Peterburq hərbi-tibb akademiyasının vəsaiti. Abdulla Şıxlinski, həkim-psixiatr, sərbəst tibbi-bioloji ekspert.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025

























