Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (5-07-2021, 16:08)
20 yaşlı qızın vaksindən sonra səhhəti pisləşdi - Poliklinikadan açıqlama

20 yaşlı qızın vaksindən sonra səhhəti pisləşdi

Bakı sakini 20 yaşlı Fərqanə Niftəliyevanın COVID-19 əleyhinə vaksinin ikinci dozasını vurdurduqdan sonra səhhətinin pisləşdiyi bildirilir.

F.Nifəliyevanın atası Ruhullah Kərimov “Qafqazinfo”ya müraciət edərək bildirib ki, iyulun 3-də Maştağa qəsəbəsi 7 saylı poliklinikada qızına “Sinovac” vaksininin ikinci dozası vurulub: “Bundan sonra qızımda nəfəs darlığı və boğulmalar yarandı. Bu gün poliklinikaya getdik, sahə həkimi dedi ki, “qızınız dəlidir, nevroloji problemləri” var. Hazırda qızımı təcili yardım maşını ilə xəstəxanaya aparırıq”.


7 saylı Birləşmiş Şəhər Xəstəxanasının  baş həkimi Səriyyəxanım Səfərova “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, vətəndaş 1998-ci il təvəllüdlü Niftəliyeva Fərqanə Ruhullah qızı 3 iyul 2021-ci il tarixdə 7 saylı BŞX-nin poliklinika şöbəsində “Sinovac” peyvəndinin 2 ci dozası qəbul edib: “Atasının dediyinə görə həmin günü axşam qızında boğulma halları olub. Təcili Tibbi Yardıma müraciət edilib və o, 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb. İlk yardım göstərilib psixosomatik şöbədə stasionar müalicədən imtina edib. 5 iyul 2021-ci il tarixində yenidən poliklinikaya müraciət edib və nevropatoloq tərəfindən müayinə edilib.

Ona isterik tipli qıcolmalar diaqnozu qoyulub. Təcili Tibbi Yardım vasitəsilə xəstə Respublika Klinik Xəstəxanasına hospitalizasiya olunub”.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025