Geniş məzurə ilə çıxış edən Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova əvvəlcə xalqımızın 44 günlük müharibə zamanı göstərdiyi birlikdən, ordumuzun əldə etdiyi qələbədən və Azərbaycan igidlərinin nümayiş etdirdiyi şücaətdən danışıb. Cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti, hərtərəfli düşünülmüş qərarları, şəhid və qazilərimiz, ümumilikdə ordumuzun sayəsində torpaqlarımızın işğaldan azad edi8ldiyini qeyd edən başçı ölkəmizin regionda yeni həm siyasi, həm də iqtisadi imkanlar yaratdığınıl diqqətə çatdırıb. Respublikamızın hər yerində olduğu kimi Abşeron rayonunda da sahibkarlar üçün münbit şəraitin formalaşdırıldığını önə çəkən İ.Gülməmmədova rayon ərazisində sahibkarlıq subyektlərinin inkişaf etdirtilməsi, yeni iş yerlərinin yaradılması istiqamətində RİH tərəfindən lazimi dəstəyin göstərildiyini qeyd edib. Yeniu açılan iş yerlərində şəhid və qazi ailələrinin iştəmin edilməsinin vacibliyini qeyd edən başçı hamımızın onlara borclu ulduğunu deyib.
Sonra Millət vəkili Şahin Seyidzadə çıxış edərək ölkədə sahibkarlığın inkişaf etdirilməsi istiqamətində dövlət tərəfindən görülən işlərdən, qəbul olunan qanun və qərarlardan danışıb.
Sonra çıxış edən Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədr müavini Cəmaləddin Quliyev təçmsil etdiyi qurumun həyata keçirdiyi layihələrdən söz açıb.
Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb.

























