Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (26-06-2021, 18:00)
Suraxanıda Silahlı Qüvvələr Günü münasibətilə silsilə tədbirlər keçirildi - Fotolar


Suraxanıda Silahlı Qüvvələr Günü münasibətilə silsilə tədbirlər keçirildi


İyunun 26-da Suraxanı Rayon İcra Hakimiyyətində Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 103-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib.

"Mediatv.az" xəbər verir ki, Suraxanı Rayon İcra Hakimiyyətinin, Suraxanı Rayon Gənclər Evinin, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə keçirilən tədbirlərdə Suraxanı RİH başçısı Əziz Əzizov, müavinlər, YAP Suraxanı Rayon Təşkilatının sədri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı Rayon İdarəsinin rəisi, RİHBA-nın əməkdaşları, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələr, qəsəbə bələdiyyələri, Şəhid ailələri və qazilər iştirak edib.

Suraxanı rayonu, Heydər Əliyev parkında Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Orkestri tərəfindən hərbi dirijor mayor Fariz Məmmədzadənin dirijorluğu ilə Zəfər marşı, həmçinin, Azərbaycan Milli Konservatoriyasının tələbə xorunun ifasında “Diriliş Ərtoğrul” mahnısı səsləndirilib, Suraxanı Rayon Gənclər Evinin rəqs ansamblının təqdimatında rəqslər nümayiş olunub.


Tədbir boyunca qonaqlar Rəsm dərnəyinin tələbələri tərəfindən açıq havada “26 İyun – Ordu Quruculuğu Günü” mövzusunda çəkilən rəsmlərlə tanış olublar.

Müxtəlif medallarla təltif olunmuş şəhid ailələrinə və müharibə iştirakçılarına medallar təqdim edilmiş, eləcə də 26 İyun - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 103-cü ildönümü ilə əlaqədar rayonun ictimai həyatında vətənpərvərlik nümunəsi göstərdiklərinə görə bir sıra şəxslər Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olunublar.








шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025