Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (15-06-2021, 09:27)
Pensiya davası: kim haqlıdır?

   




                           
Saxta pensiya sənədlərinə imza atmış şəxs də, saxta yolla pensiya əldə etmiş pensiyaçı da cinayət məsuliyyətinə cəlb edilməlidir 
Bizdə bir məsəl var: imamçün ağlayanda Yezidi də yada sal. Hesab edirəm ki, bu yaxşı məsəl deyil. Həm də demokratik dəyərlərin və insan haqlarının dünya gündəmində olduğu bir vaxtda. Yezid silahsız, texnikasız bir dəstə adamın üzərinə beş minlik bir ordu göndərib onları qətlə yetirməklə, əsir qadınları əzablı yollarla və işgəncələr altında payi-piyada səhra ilə Suriyanın paytaxtına qul kimi aparmaqla bütün beynəlxalq hüquq normalarını pozub. O, çox böyük cinayət edib. Fikrimcə, tarixin uzaq olmasına baxmayaraq Yezid qiyabi şəkildə də olsa, məhkəməyə verilib, cəzalandıtılmalıdır! Cəzalandırılmalıdır ona görə ki, bu, bütün tiranlara əbədi bir dərs olsun, bilsinlər ki, ölüm də insanı törətdiyi cinayətə görə cəzadan xilas etmir. Amma mənim bu yazını qələmə almaqda məqsədim heç də Yezid haqqında cinayət işi qaldırılması təşəbbüsündə bulunmaq deyil. O, bir şovinist, millətçi ərəb idi, ümumiyyətlə, Əməvi hakimlərinin əksəriyyəti ərəb olmayanlara qarşı irqçilik siyasəti yürüdüblər. Peyğəmbərimizin və Qurani-kərimin göstərişlərinin əksinə olaraq, başqa millətləri aşağılayıblar. Amma yenə də deyirəm, bu yazıda məqsədim, heç də Yezidi ittiham etmək deyil! Başqa bir məsələnin üzərinə gəlmək istəyirəm. Və həmin məsələnin üzərinə gəlməzdən öncə xalqımızın obyektivliyinə bir nümunə olaraq bu misalı xatırladıram: yəni Yezid olanda nə olar, bəlkə, onun da əsaslandığı bir arqument varmış… Təbii ki, indiyə qədər bu Əməvi cinayətkarına bəraət qazandırası bir dəlil tapmaq mümkün olmayıb…
Keçirəm əsas mətləbə…
Bu günlər hamı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevi söyür, əksəriyyət onu erməni adlandırır... (Nə dərəcədə həqiqətdir deyə bilmərəm…) Xüsusilə də, onu qazi və şəhid ailələrinə qarşı ədalətsizlikdə ittiham edirlər. Təbii ki, 44 günlük müharibədə Azərbaycan oğulları misilsiz bir qəhrəmanlıq və cəsarət göstəriblər. Şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə cansağlığı arzulayıram. Bəli, hər kəsin haqqı verilməlidir: Şəhid ailələrinə, müharibə veteranlarına xüsusi qayğı ilə yanaşılmalıdır. Müharibə sindromu deyilən bir anlayış var,  müharibənin özü bitsə də, onun mənəvi-psixoloji təsirləri uzun zaman davam edir. İdarə, müəssisələrdə çalışanlar bu həssas qrupdan olan insanlara xüsusi qayğı ilə yanaşılmalıdırlar. Harda bir qazi və yaxud şəhidin haqqı tapdanırsa, deməli, millətin haqqı tapdanır…
Bununla bərabər, pensiya məsələlərində qayda yaradılması sahəsində tədbirlərə ehtiyacın olması da göz qabağındadır. İnsanların maddi ehtiyacları başadüşüləndir, amma ehtiyac sui-istifadəyə bəraət qazandırmamalıdır. Bu gün az qala ölkənin yarıdan çoxu əlilliyə görə pensiya alır, belə çıxır ki, ölkəmiz xəstə və əlillər ölkəsidir. Dünyanın hansısa ölkəsində əlilliyə görə bu qədər pensiya alan olmasını təsəvvür etmək mümkün deyil. Nə baş verib? Bu mənəvi deqredasiya nədən doğub? Üç damarıma stend qoyulandan sonra bəzi tanışlarım dedi ki, istəsən qrup yazdırıb, pensiya ala bilərsən. Ehtiyacım olsa da, istəmədim, dövlətimə yük olmağı özümə sığışdırmadım… Mənim bu məntiqimə gülənlər də oldu. Dedilər, sağlam adamların əksəriyyəti pensiya alır, sən xəstə olduğun halda boyun qaçırırsan.
Düz deyirdilər. Yaxından tanıdığım bir ailə var, ata, ana, üç oğul, üç gəlin və nəvələr hamısı hansısa “xəstəliyə” görə pensiya alır. Belə çıxır ki, bu ailədə bir nəfər də olsun sağlam adam yoxdur, amma əsl həqiqətdə ailənin bütün üzvləri  öküz kimi sağlamdır, böyük təsərrüfatları var, 500-də çox qoyun-quzu, qaramal, hektarlarla otlaq və biçin sahələri (Özləri də bir vəzifəli şəxsin qohumu). İndi bu ailənin üzvlərindən birinin pensiyasını ləğv eləsən, çıxıb efirlərə bar-bar bağıracaq ki, vay insan haqları pozulur, qanunsuzluq baş alıb gedir, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "insanları üsyana təhrik edir", nə bilim, xalqı prezidentə qarşı, dövlətə qarşı qaldırırlar və s. və i.a.
Təbii ki, yalançı hay-küydür, dövlətini, Prezidentini sevən insan saxtakarlıq etməz, rüşvətlə pensiya düzəltməz, ölkəsinə, xalqına xeyir verər.
Amma onu da qeyd edək ki, bu səs-küy də əbəs yerə yaranmır. Saxta yolla pensiya düzəldilibsə, demək, bir tərəf rüşvət verib, o biri tərəf də alıb. Əgər rüşvət alınıb-verilibsə, ortada cinayət var. Cinayət varsa hər kəs öz cəzasını almalıdır. Lakin burada məsələ fərqli formada həyata keçirilir. Nə sağlam pensiaonerin sənədinə imza atmış şəxs, nə də sağlam olduğu halda pensiya düzəldib dövlətə zərər vurmuş şəxs hüquqi məsuliyyətə cəlb edilmir. Axı bu idarəni Sahil Babayev yaratmayıb, ona qədər də bu idarə mövcud olub. Deməli, bu pensiyalar da həmin idarədə çalışan şəxslərin razılığı ilə verilib. Fikrimcə, ilk növbədə saxta sənədə iimza atmış şəxslər tapılıb onlar   haqqında  cinayət işi qaldırılmalıdır. Axı bu dövlət vəsaitinin talan edilməsidir. Bununla yanaşı, saxta pensiyanı alan şəxsin hansı yolla onu düzəltməsi araşdırılmalı və həmin şəxs haqqında da cinayət işi başlanmalıdır. İndi mənim bu fikirlərimi oxuyanların bir çoxu ironiya ilə deyəcək ki, milyonları mənimsəyənlər qalıb qıraqda bir pensiya məsələsini siz  bu qədər böyüdürsünüz!
Haqlı deyilsiniz! Əslində, o milyonları oğurlayanlar ona görə nəzarətdən kənar qalırlar ki, siz pensiya oğurlayırsınız. Siz bu oğurluğu etməsəniz, milyonları oğurlayanlar da oğurluq edə bilməz. Onlar sizing ağzınıza 100-200 manatlıq pensiya atmaqla milyonları oğurlayırlar. Götürün Səlim Müslümovu. O, nə qədər qazanıb, siz nə qədər? Bir sözlə, hər iki tərəf qanun qarşısında cavab verməli olsa, onda heç bir hay-küy də olmaz!
Bu bir!
İkincisi, yaşın oduna qurunun yanması doğru məsəldir. Xüsusilə, Azərbaycan kimi ölkədə. Yəni ki, belə total yoxlamalarda çox vaxt həqiqət (yəni həqiqi əlilliyi olan şəxslər) ziyan çəkir. Çünki nadürüst yolla pensiya alanlar yenə hansısa vasitə ilə işlərini qaydasına qoya bilirlər,  nəticədə həqiqi əlillər ziyana düşür. Nazir hər adamı özü yoxlaya bilməz ki! Bunun qarşısını almaq üçün isə həkim-tibbi ekspertizası tam müstəqil və ikimərhələli olmalıdır.  İkincisi, komissiyalar ictimai nəzarət altında fəalityyət göstərməlidir. Pensiya təyin edən idarə və müəssilərin qapıları jurnalistlərin üzünə taybatay açılmalıdır. Bu halda yalançı hay-küyə də yer qalmaz!
                                                             İbrahim Quliyevшаблоны для dle 11.2

Xəbər lenti
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025