Sosial (14-04-2019, 09:06)
İntiharların qarşısı fizikanın qanunları ilə alınmalıdır - Elmi-lədun araşdırma

Öncə qeyd edək ki, fizikada iki cür enerji növü var: sabit və dəyişən. Müqayisə üçün deyim ki, televizorun ekraranında 2-3 min volt SABİT cərəyan olsa da, bu cərəyan insanı öldürmür və faydalıdır: bizə görüntü və informasiya ötürür. Televizorun giriş hissəsində isə, cəmi 220 volt cərəyan olmasına baxmayaraq, bu cərəyan öldürücüdür. Çünki, bu cərəyanın növü DƏYİŞƏN cərəyandır.
İnsan da enerji (ruh) daşıyıcısıdır. Ətraf mühitdən insana daim həm sabit, həm də dəyişən (neqativ) enerjilər gəlir. Fərq ondadır ki, bəzən insanın üzərinə güclü neqativ (qara) enerji axını baş verir. Bu qara enerji ruhdakı sabit cərəyanı "dəyişən cərəyan" formasına keçirir. Beləliklə, orqanizmdə sabitlik pozulur. Bundan sonra insanda ilk növbədə həyəcannlanmalar, qorxular, diksinmələr, qarabasmalar... baş verir. Daha sonra insan özünə qapanır; sevgisiz, həvəssiz olur; səbəbsiz ağrıları, qəlbində sıxılmaları olur; yuxuya gedərkən ayağı sanki boşluğa düşür, yaxud yüksəklikdən yıxıldığını hiss edərək oyanır; bəzi xəstələrdə gecələr tez-tez sidiyə çıxma, yaxud, həzm problemləri olur; bəziləri isə, ətrafından kölgə keçdiyini, boş otaqdan səs gəldiyini, yol gedərkən arxadan izləndiyini hiss edir; səbəbsiz əsəbləşir və səbəbsiz ağlayır. Bütün bunlar aradan qaldırılmadıqca, içindəki dəhşətli sıxıntı onu intihara sövq edir...
Xəstənin dini inancı olduqa, bu faktor intiharı bir qədər ləngidir. Çünki, cəhənnəm qorxusu onu bu fikirdən bir qədər daşındırır. Lakin, fikir beyindən çıxmır.
Orqanizmə düşən neqativ enerji güclü olduqda isə, nə dini inanc, nə də övlad sevgisi insanı intihar fikrindən daşındıra bilmir. Ümumiyyətlə, intihar fikrində olan insanda bir qayda olaraq, övladlarına və yaxınlarına qarşı sevgi hissi olmur. Bu hiss onların qəlbindən silinmiş olur. Kompyuterə düşən virus, ondakı fayl və proqramları necə silirsə, neqativ enerji də insanın qəlbindəki məhəbbət hissini, inam hissini elə silir. Bundan sonra insan heç kəsi sevmir, əks cinsə məhəbbət hissi olmur, hamıya şübhə ilə baxır. Yaxınlarının hər bir xoş hərəkəti onu əsəbləşdirir.
Belə pasiyentlər klinikalara müraciət edərkən, diaqnostik aparatlar ondakı ağrıların səbəbini tapmaqda çətinlik çəkirlər; bir gün bir, sabah başqa diaqnoz qoyulur.
Nevroloqlara və psixatrlara müraciət etdikdə, bu cür xəstələrə əsasən əsəbsakitləşdirici, psixotrop dərmanlar yazılır. Bu dərmanlar onu bir qədər sakitləşdirsə də, narkotik tərkibli və keyidici olduğundan, asılılıq yaradır və beyinin fəaliyyətini getdikcə zəiflədir (beyini keylədirir və əmək qabiliyyətini itirir). Bu cür dərmanların qəbulu intihar fikrini bir qədər ləngitsə də, onları qəbul etmədikdə təkrar narahatlıq və intihar fikri yaranır...
Sual yaranır: bəs bu əlamətlər necə aradan qaldırılmalıdır, xəstə necə müalicə olunmalıdır ki, intihar fikrindən daşınsın?
Araşdırmalarımız göstərir ki, insanda intihar fikrinin yaranması nə tibbin, nə də psixologiyanın qanunlarına uyğundur; əslində bütün bunlar fizikanın qanunlarına uğyğun olaraq baş verir və bu elmlə də aradan qaldırılmalıdır (psixologiya elmi buna qadir olsaydı, Azərbaycanın ən məşhur psixoloqu keçən il intihar etməzdi).
Bir psixoterapevt və elmi-lədun bilicisi olaraq, intiharların qarşısını almaq üçün çox araşdırmalar apardım. Nəhayət, tester cihazının funksiyası diqqətimi cəlb etdi. Fiziklər bu aparatın funksiyalarını yaxşı bilirlər.
Nəzərinizə çatdırım ki, tester aparatının çoxsaylı funksiyalarından biri də cihazın (məsələn, televizorun) daxilində olan dəyişən cərəyanı sabit cərəyana çevirməkdən ibarətdir.
Yuxarıda qeyd etdim ki, intiharı yaradan başlıca səbəb orqanizmdəki (ruhdakı) sabitliyin pozulmasıdır. Yəni, enerjinin “dəyişən cərəyan” formasına keçməsidir. Deməli, fizikada enerji hansı qaydada sabitləşdirilirsə, insan orqanizmində də həmin prinsiplə sabitləşdirilməlidir.
Uzun araşdırmalardan sonra kəşf etdim ki, testerdə olan bütün funksiyalar əslində insanda da var; sadəcə indiyədək kəşf edilməyibmiş. Elmi-lədun (elmin alt qatı) üsulu ilə bu sirləri kəşf etdikdən onra, nə qədər qəribə də olsa, artıq xəstələr üçün özüm tester funksiyasını yerinə yetirməyə başladım. Yəni, onlara əlimi vurduqda həm ağrının harada olduğunu təyin edə, həm də insanda dəyişən cərəyanı, sabit cərəyana çevirə bilirəm (eynən testerdə olduğu kimi).
Bu metodla elə birinci seansda xəstənin gərginliyini aradan qaldırmaq, qəlbində məskən salmış və onu intihara vadar edən şiddətli sıxıntıları yox etmək mümkündür. Bu vaxt ruhdakı neqativ enerji yoxa çıxır və insan sakitləşir (sabitləşir).
Onu da qeyd edim ki, bu metodla tək intihar fikrini deyil, tibb elminin müalicəsiz hesab etdiyi bütün xəstəlikləri asanlıqla sağaltmaq mümkündür.
Onu da bildirim ki, bu müalicə metodunda heç bir tibbi avadanlıqdan və digər cihaz və texnikalardan istifadə olunmur. Sadəcə insan enerjisindən və bir sıra elmi-lədun sirlərdən istifadə edilir. Odur ki, bu müalicə üsulunu istənilən şəraitdə tətbiq etmək mümkündür.
Ona görə də qəbuluma gələn xəstələr elə birinci seansdaca intihar fikrindən daşınırlar və qapandıqları otaqdan çıxaraq, cəmiyyətə qaynayıb-qarışırlar... Kompyuterdən silinmiş fayl və proqramlar necə bərpa (vostonovit) olunursa, intihar etmək istəyənin də qəlbindən silinmiş sevgi, məhəbbət hissləri, inam və ümid elə bərpa olunur.
Onu da qeyd edim ki, neqativ təsirə məruz qalmış və intihar həddinə çatmış adamlarda inam hissi olmadığından, özləri gəlmək istəmirlər. Bəzi hallarda yaxınları tərəfindən zorla gətirilirlər, yaxud, bir çox hallarda məni onların yanına aparırlar (bu halda pasiyent mənim həkim olduğumu, onu seans etdiyimi bilmir; sadəcə söhbət etdikcə yüngülləşdiyini hiss edir).
O ki, qaldı neqativ enerjinin insan ruhuna haradan, hansı yolla yoluxmasına, bunun bir neçə yoluxma yolu vardır. Bunlardan ən çox yayılanı nəfis, gözdür ki, orqanizmdə sabitliyi pozaraq, bir çox xəstəliklərin yaranmasına səbəb olur. Lakin, bu forma yüngül olduğundan, insanı intihara sövq etmir; sadəcə xəstəliyə salaraq, uzun illərdən sonra öldürə bilir.
Neqativ (“qara”) enerjinin ən ağır forması insana magik təsirlə yoluxur. Bu hal xakerlər tərəfindən edilən virtual hücuma bənzəyir. Belə ki, xakerlər kənarda dayanmaqla saytları necə dağıdırlar, fəaliyyətini dondurularsa, maqlar da insan həyatını elə dağıda, fəaliyyətini dondura bilirlər. Müqəddəs kitablarda Yaradan bu cür işlərlə məşğul olanları lənətləyir. Onların iş prinsipi elmin alt qatına aiddir və əsasən kimyanın (kimyəvi elementlərin) sirləri üzərində qurulur. Onlara bu sirləri paralel aləmdə olan lənətlənmiş varlıqlar öyrədirlər (bu sirlər dünyəvi elmə aid olmadığından, kimyaçılar onları bilmirlər). Bu yolla göndərilən neqativ (qara) enerjinin ağır təsirinə məruz qalan insanın qəlbi o dərəcədə sıxılır və həyata, ətrafındakılara nifrət hissi yaradır ki, intihar etməyə məqam axtarır və fürsət düşən kimi intihar istəyini həyata keçirir.
İntihar etmək istəyən adamlar öz planlarını əsasən ən sakit yerdə və ən sakit vaxtda həyata keçirirlər. Əsasən gecə, yaxud səhərə yaxın, insanlar yuxuda olarkən intihar etməyə çalışırlar. Ona görə də bu cür adamları tək qoymaq olmaz. Çalışmaq lazımdır ki, bu cür özünə qapanan xəstələrin olduğu otağın havası tez-tez dəyişilsin (özləri buna etiraz etsə də), paltarları tez-tez dəyişilsin və ətirlənsin.
Belə xəstələrə fizikanın qanunlarına əsaslanan müalicə metodu ilə bir neçə seans kifayətdir ki, düşdükləri depressiv vəziyyətdən çıxıb, cəmiyyətə qaynayıb-qarışsınlar...

Paşa Yaqub,
psixoterapevt, elmi-lədun bilicisi

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025