Karusel / Slayd (16-10-2017, 15:45)
İcra hakimiyyətinin işçisi narazılıq yaradır - VİDEO
Araşdırma nəticəsində məmurun şəxsi obyektləri də ortaya çıxdı. Bu zaman belə bir sual yaranır, həmin məmur dövlət işində çalışırsa onun aldığı məvacib görəsən nəqədərdir ki, bu qədər obyektlərə sahib ola bilib?
Bununla bağlı şikayətçi Laçın rayonundan məcburi köçkün düşmüş hal-hazırda Bakı şəhəri, Binə qəsəbəsi Donuz Kökəltmə Sovxozunda məskunlaşan Bayramov Mehman Hümbət oğlu bizə verdiyi musahibəsində başına gələnləri danışdı. Şikayətçi M.Bayramov qeyd etdi ki, kimə və hara dərdimi deyib muraciət etsəm də muraciətimə baxan yoxdur. Ulu Öndərimiz Heydər Əliyevin qaçqın və məcburi köçkünlərə qayğı və sevgisi məcburi köçkünlərin əzablarını unutdururdu və yaşamaq ruhunu daha da artırırdı. Cənab Prezident... biz sizin qaçqın və məcburi köçkünlərə və Azərbaycan Respublikasında yaşayan bütün vətəndaşlara göstərdiyiniz qayğı və sevginizi görürük. Hörmətli cənab Prezident Xəzər rayon Binə qəsəbəsində Zahirəli Hüseynovun məmur özbaşınalığına qanunsuz olaraq dəmir yolu meydançasındakı tikdirdiyi evin (ƏXLAQSIZLIQ YUVASI), şəxsi obyektlərin və bununla yanaşı şəxsi torpaqlarının olduğunu nəzərə alaraq Zahirəli Hüseynov barəsində müvafiq qurumlara ciddi tapşırıqlar verəcəyinizə inanırıq və biz buna çox ümid edirik.
P.S Dövlət başçısı məmurlardan vəzifələrini düzgün yerinə yetirməsini tələb edir. Buna əməl etməyənlər, sui-istifadə edənlər, öz şəxsi maraqlarını güdənlər isə ifşa olunaraq qanun qarşısında cavab verməli olacaqlar. Azərbaycan hakimiyyəti işində nöqsanlara yol verən məmurlara qarşı barışmazdır və onlar törətdikləri əməllərə görə layiqli cəzalarını alacaqlar. Z.Hüseynov məmurdursa, yaxınları da mütləq məmur olmalıdır və bütün biznes sahələri də bu məmur və ailələrinə məxsus olmalıdır. Ömründə bir kitab oxumayıb, fikrini sözlə ifadə edə bilməyənlər, onun-bunun hesabına taxta çıxanlar, min bir hoqqa ilə kiməsə torba tikməklə vəzifə sahibi olan Z. Hüseynov hər fürsətdə Binə qəsəbə sakinlərini alçaldır, aşağılayır. Vəzifələrə dövlətə, millətə sədaqətli olan şəxslər gətirilməlidir. Bu oliqarxların vəzifəsindən sui-istifadə edərək özü və ya ailə üzvüləri üçün şəxsi biznes qurduğu barədə yazıb danışdıqca, bu oliqarxların biznesi daha da inkişaf edib böyüyür. Elə bil dövlət orqanları bu məlumatları eşitdikcə, bizlərə acıq verirmiş kimi belə oliqarxların biznesinin inkişafına daha çox təkan verirlər.
Azərbaycan respublikasının prezidenti dövlət qurumlarının rəhbərləri tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması, bu zaman ədalət prinsiplərinə əməl olunması ilə bağlı müntəzəm çıxışlar edib, tapşırıqlar verir.
Mən ümid etmək istərdim ki, mənim bu dəfə etdiyim şikayətim, şikayətçi olduğum şəxslərdən, daha yuxarı instansiyaların nümayəndələrinə göndəriləcək.
Realnewsinfo.com