İqtisadiyyat (28-10-2022, 11:46)
Azərbaycanda adambaşına düşən milli gəlir azalmaqdadır - Dünya Bankı
Bu günlərdə Dünya Bankı Azərbaycanla bağlı 247-səhifəlik iqtisadi memorandum dərc edib. DİA.AZ bildirir ki, “Azərbaycan ölkə iqtisadi Memorandumu” adlanan sənəddə ölkə iqtisadiyyatının gələcəyi qiymətləndirilib. Sənəddə qeyd edilir ki, ölkədə adambaşına düşən milli gəlir 2000-2014-cü illərdə dörd dəfədən çox artsa da, 2015-ci ildən bəri dollar ifadəsində azalmaqdadır.
İqtisadçı Pərviz Heydərov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ölkəmizdə ÜDM istehsalı və onun adambaşına düşən həcmi üzrə artım göstəricisi son 20 il ərzində həmişə yüksək olub. Ən az ÜDM Azərbaycanda 1995-ci ildə qeydə alınıb ki, bu da təxminən, 2133 milyon manat həcmində təşkil edib. 1996-ci ildən başlayaraq ölkədə ÜDM istehsalı artmaqdadır. Belə ki, 1996-cı il ərzində o, 1,3 faiz səviyyəsində qeydə alınmışdısa, 1997-ci ildə bu rəqəm 5,8 faiz, 1998-ci ildə 10 faiz, 1999-cü ildə 7,4 faiz, 2000-ci ildə 11,1 faiz, 2001-ci ildə 9,9 faiz, 2002-ci ildə 10,6 faiz təşkil etmişdir.
“İlham Əliyevin prezidentliyinin ilk ili olan 2003-də ÜDM-in artımı 11,2 faiz təşkil edib ki, 2004-cü ildə 10,2 faiz, 2005-ci ildə 26,4 faiz, 2006-cı ildə 34,5 faiz, 2007-ci ildə 25 faiz, 2008-ci ildə 10,8 faiz, 2009-cu ildə 9,3 faiz, 2010-cu ildə 5 faiz artım olub.
2011-ci ildə 0,1 faiz artım qeydə alınmışdı. 2012-ci ildə 2,2 faiz, 2013-cü ildə 5,8 faiz, 2014-cü ildə 2,8 faiz, 2015-ci ildə isə ölkədə istehsal edilmiş ümumi daxili məhsulun həcmi əvvəlki illə müqayisədə 1,1 faiz artmışdı.
Diqqət yetirsək, ÜDM istehsalı üzrə ən yüksək artım tempi 2006-cı ildə 34,5 faiz olmaqla qeydə alınıbdı. Bu, neftlə bağlı idi. Bundan sonra belə olmadı” - deyən iqtisadçı qeyd edir ki, 2015-ci ildə isə ölkədə 2 dəfə devalvasiya baş verdi, yəni manatın dəyəri ucuzlaşdı. 2017-ci ildən manat 2015-cilə qədərki 1 AB dollarına görə 0,78 azndən 1,70 aznə kimi dəyər itirdi. Və nəticədə Azərbaycana dair bir sıra iqtisadi göstəricilər ABŞ dolları ifadəsində kəskin şəkildə azaldı. Bu, həm ÜDM, ümumi milli gəlir və xarici dövlət borcunun ÜDM-də həcminədək hər bir göstəriciyə şamil oldu.
“Qeyd etmək istədiyim budur ki, Dünya Bankının açıqladığı məqamda qeyri-adi heç nə yoxdur. Üstəlik, neft-qaz sektorunun payının enməsinə görə ölkəmizdə ÜDM istehsalı həcmi də aşağı təşkil etməkdədir son illər ərzində. Odur ki, dollar ifadəsində bizə dair iqtisadi göstəricilər az görsənməkdədir. Əhalinin sayısa durmadan artmaqdadır və bu sahədə tendensiya səngiməmişdir” - deyən ekspert əlavə edib ki, bu səbəbdən də Azərbaycanda adambaşına düşən milli gəlir 2000-2014-cü illərdə dörd dəfədən çox artsa da, 2015-ci ildən bəri dollar ifadəsində azalır.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024