Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (11-10-2022, 08:34)
Emil Əhmədov: “Dəmir yolu ilə daşımaların çatdırılma müddəti az, sərhəd keçid prosedurları sürətli və qiymətləri aşağıdır”

 






Prezident İlham Əliyev deyib ki, Azərbaycan coğrafi yerləşmənin üstünlüklərindən faydalanaraq, öz müasir infrastrukturunu – dəniz limanı, dəmir yolu bağlantıları, bir neçə beynəlxalq hava limanları, avtomobil yolları yaradıb: “Biz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzərində yerləşirik. Həmçinin deyə bilərəm ki, Azərbaycan şimaldan qərbə gedən yükləri də ötürür. Biz infrastruktura yatırımlar etdik. Lakin aydındır ki, qonşu ölkələrlə yaxşı işçi münasibətlər olmadan heç bir ölkə, xüsusilə də Azərbaycan kimi açıq dənizə çıxışı olmayan ölkə tranzit ölkəyə çevrilə bilməz. Açıq dənizə çıxışı olmayan ölkə olmasına baxmayaraq, biz Azərbaycanı önəmli nəqliyyat mərkəzinə çevirdik. Azərbaycanın rolu mütləq şəkildə artacaq”.
“Dəmir yolları ilə yük daşımalarının ümumi həcmi 2022-ci ilin I rübündə 3 810 144 ton təşkil edib ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə (3 769 592 ton) 40552 ton çoxdur. Dəmir yolları ilə tranzit rejimində yük daşımalarının həcmi 2022-ci ilin I rübündə 1 424 559 tona çatıb ki, bu da ötən ilin müvafiq dövründəkindən (1 285 646 ton) 138913 ton çoxdur. Dəmir yolları ilə daşınan konteynerlərin sayı (TEU) 2021-ci ilin I rübündə 12997 ton, 2022-ci ilin I rübündə 13763 ton olub ki, bu da 766 ton çoxdur. Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə yük daşımalarının həcmi (ton) 2021-ci ilin I rübündəki  92 095 tona qarşı 2022-ci ilin ilk 3 ayında 94 682 ton təşkil edib ki, bu da müqayisədə 2587 ton çoxdur” – Bu məlumatları isə Azərbaycan Dəmir Yolları” QSC yük daşımaları Departamentinin rəisi Emil Əhmədovdan öyrəndik. Onun sözlərinə görə, Azərbaycan Dəmir Yolları” QSC yük daşımaları sahəsində fəaliyyətini təkmilləşdirmək və genişləndirmək məqsədilə lokomotiv, vaqon və konteyner parklarını yeniləməkdə davam edir: “Belə ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə ALSTOM Transport SA arasında bağlanmış müqaviləyə əsasında alınmış 40 ədəd dəyişən cərəyanlı AZ8A tipli elektrovoz Azərbaycana gətirilib. Cəmiyyət tərəfindən 2015-ci ildən bu günədək 3500-ə yaxın vaqon, o cümlədən 1000 ədəd yarımvaqon və 800 ədəd çən alınıb. Hazırda “Azərbaycan Dəmir Yolları” QSC-nin yük vaqonlarının istismar parkına 3900-ə yaxın vaqon daxildir. Parkın böyük hissəsini çənlər, yarımvaqonlar, qapalı vaqonlar və platformalar təşkil edir. Həmçinin Cəmiyyətin balansında dozator, sementdaşıyan və taxıldaşıyan vaqonları, eləcə də fitinq platformaları, dumpkarlar və transportyorlar da mövcuddur. 2017-ci ildə dəmir yolu ilə konteyner daşımalarının həyata keçirilməsi məqsədilə yaradılan “ADY Konteyner” MMC öz fitinq platformalarına və müxtəlif təyinatlı konteynerlərə sahibdir. Hazırda şirkətin balansında 753 ədəd konteyner və 200 ədəd fitinq platforması, həmçinin ağırtonnajlı yükqaldırıcılar və avtokarlar mövcuddur.  Konteynerlərdən 178-i 20 futluq iri həcmli (20ft HC), 230-u 40 futluq iri həcmli (40ft HC), 345-i isə 45 futluq palet ölçülü iri həcmli (45ft HCPW) konteyner növünə aiddir. Azərbaycan Dəmir Yollarının  konteyner daşımaları 2021-ci ilin yekunlarına görə 2017-ci illə müqayisədə 12 dəfə artıb”.
Yeri gəlmişkən qeyd edək ki, Emil Əhmədov ölkəmizdə necə deyərlər, ən əlçatan məmurlardandır. Onun telefon nömrəsi daim dəmiryol yükdaşıma xidmətinin istifadəçiləri, məhsul ixracatçıları üçün açıqdır. Kənd təsərrüfatı məhsullarının ixracında avtonəqliyyat vasitələri ilə yanaşı dəmiryolu nəqliyyatının imkanlarından istifadə olunmasını tövsiyə edən Emil Əhmədov bununla əlaqədar Nazirlər Kabineti yanında işçi qrupu yaradıldığını, "Azərbaycan Dəmir Yolları" QSC-də  qeyd olunan operativ  işçi qrupunun üzvü olduğunu xatrırladır: “Hazırkı dövr üçün dəmir yolu ilə daşımalar avtonəqliyyat vasitələri ilə daşımalarla müqayisədə çatdırılma müddəti daha az, sərhəd keçid prosedurları 2 dəfə sürətli və təyinat məntəqəsindən asılı olaraq 20-25% aşağı qiymətə başa gəlir”.
Emil Əhmədov bildirir ki, yükdaşıma xidməti ilə bağlı ən çox verilən suallar – ekspeditor şirkətləri, faiz ödənişləri, yükün vaqona yerləşdirilməsi üçün nə etmək lazım olduğu, yüklənmədə hansı tip xərclərin yarana bilməsi, QU-22 forması, yaddaş vərəqəsi, podkod, sifariş nömrəsi, dördrəqəmli kod, maliyyə kodu, mesplan, sınaq aktı, əsas və qoşma sənədlərlə bağlı suallardır ki, onlara da QSC-nin veb-saytında cavab tapmaq asandır.
Öz fəaliyyətində daim hesabatlılığı, şəffaflığı, ictimai rəyi nəzərə alan Emil Əhmədov həmişə hesab etmişdir ki, məmur dedikdə təkcə imtiyazlar barədə düşünmək düzgün deyildir. Hər bir vəzifəli şəxs bilməlidir ki, o, bu yükü çiyninə götürərkən özünün bir sıra istəklərini də şüurlu surətdə məhdudlaşdırmağa, ilk növbədə ciddi iş rejiminə alışmağa, müəyyən edilmiş qayda-qanunlara, etik normalara riayət etməyə, vaxtla hesablaşmadan ona tapşırılan vəzifəni yerinə yetirməyə borcludur. Emil müəllimin şəxsində xalqın xidmətində duran məmurun bir növ etalonunu görmək olur. O, bütün hallarda, bütün vəziyyətlərində oturuşu-duruşu ilə, rəftarı-davranışı ilə hər bir şəxs üçün vicdanlılıq nümunəsidir: öz peşəkar fəaliyyəti ilə dəmiryol təsərrüfatına, onun rəhbərliyinə insanların inamını artırır və möhkəmləndirir; vəzifəsinin icrası ilə bir araya sığmayan və habelə təmsil etdiyi qurumun nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol vermir; öz adını və şərəfini uca tutur. Onun təmiz adı öz şöhrətindən faydalanmasına haqq qazandırır.
Əfqan Quliyevшаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024