Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm / Karusel (28-02-2014, 10:53)
Bakı metrosunda şalvarsız aksiya

 

 

Martın 1-də Bakının mərkəzi metro stansiyalarından biri olan “28 May” stansiyasının girişinin əsaslı təmirdən sonra açılacağı gözlənilir. Artıq stansiyadakı təmir yekunlaşmaq üzrədir, hazırda girişdə əsasən tamamlama işləri aparılır. 

 

Azərbaycan gəncləri isə bu günü özünəməxsusluqla qeyd etməyə hazırlaşır.  Bakupost.az-a adının açıqlanmasını istəməyən mənbədən daxil olan məlumata görə, həmin gün Bakıda gənclər “Metroda şalvarsız bir gün” aksiyasını keçirəcək.

Onlar əsasən 3 metro stansiyası – “28 May”, “Gənclik” və “Sahil”də bu flaşmobu keçirmək niyyətindədir. Belə düşünülüb ki, gənclər bu metro stansiyasına gediş-gəlişin nisbətən gur vaxtında enib işarə gözləyəcəklər. Və konkret bir saatda hər kəs şalvarını çıxarıb vaqona minəcək. Həmin gün şənbə olduğundan, flaşmobçuların çox basırığa düşəcəyi gözlənilmir.

“Metroda şalvarsız səyahət” aksiyası bütün dünya üzrə gənclərin təşkil etdiyi ən diqqət cəlb edən flaşmoblardan biridir. “Improve Everywhere” adlı qrup 2002-ci ildən bəri dünyanın bir çox şəhərlərində belə aksiyalar keçirir.

Belə aksiyalar zamanı gənclər onlara təəccüblə baxan insanlara “Bu gün şalvarımı evdə unutmuşam”, “geyinməyə vaxt çatdırmadım”, “şalvarımın üstünə kofe dağılıb” və s. kimi cavablar verirlər. Amma Bakıda bu aksiyanın nə dərəcədə effektiv olacağını demək olmaz. Azərbaycan mentalitetini nəzərə alsaq, şalvarsız gənclərin “top atəşinə” tutulacağını gözləmək də olar. Bir də ki, Bakı metropoliteninin rəhbərliyinin dəyişməsi gənclərin planlarına korrektələr gətirə bilər.  

Son məlumatlara görə, flaşmob hələ ki, qüvvədədir.   

İndiyə kimi dünyanın 60-dan çox şəhərində 13-cü “Metroya şalvarsız girənlər” aksiyası keçirilib.

Bu ilin yanvarında aksiya dünyanın 25 ölkəsinin 60 şəhərində eyni gündə keçirilmişdi. 13 il ərzində flaşmobun keçirilmə mexanizmində ciddi bir dəyişiklik edilməyib: bir qrup adam metroya daxil olur, özlərini adi sərnişin kimi aparır və birdən əyinlərindəki şalvarı çıxarırlar.

шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024
21 11 2024