Dünya (18-08-2020, 12:32)
Naməlum şəxs ABŞ-dakı rus diplomatlarını öldürməklə hədələdi
Naməlum kişi Nyu-Yorkda Rusiyanın Baş konsulluğuna basqın edib və diplomatları öldürməklə hədələyib.Bu barədə “RİA Novosti” Rusiya konsulluğuna istinadla xəbər verib.
Bildirilir ki, bu hadisə avqustun 10-dan 16-dək baş verib. Diplomatik nümayəndələrin maşınları daş zərbələrinə məruz qalıb.“Bu, avqustun 10-da başladı. Naməlum şəxs konsulluğumuzun rəsmi dayanacağında park edilmiş avtomobillərə daş atmağa başladı. Demək olar ki, hər gün bu hadisələr təkrarlandı”, - deyə Baş Konsulluqdan bildirilib.
Zərərin qeydə alındığı vurğulanıb. Müsahib təcavüzkarın kimliyinin məlum olmadığını deyib. Ancaq kişinin ağ dərili olduğu qeyd olunub. O, konsulluq əməkdaşlarına və ziyarətçilərə ingilis dilində təhdidlər yağdırıb.
“O, bizi öldürməklə hədələyirdi”, - deyə konsulluğun əməkdaşı bildirib.
“RİA Novosti”nin məlumatına görə, həmin şəxs həmçinin Ukrayna və Venesuela nümayəndəliklərini də daşa basıb.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025

























