Dünya (15-05-2020, 16:07)
Sloveniyada koronavirus epidemiyasının başa çatdığı elan olundu
Sloveniya hökuməti infeksiyanın yayılmasının azalması səbəbiylə ölkədə koronavirus epidemiyasının bitdiyini açıqlayıb. Mediatv.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti açıqlama yayıb. “Hökumətin cümə axşamı distant iclasda alınan qərarına görə, ölkədə 12 martda elan olunan COVID-19 epidemiyasına son qoyuldu. Milli İctimai Səhiyyə İnstitutundan bildirilib ki, son statistikalar koronavirus epdiemiyasının yayılmasının azaldığını göstərir”, - deyə açıqlamada vurğulanıb.
İnstitutun son məlumatına görə, pandemiyanın başlanğıcından bu günə qədər ölkədə keçirilən 66 mindən çox koronavirus testi nəticəsində cəmi 1465 yoluxmuş şəxs müəyyən edilib, 103 nəfər isə xəstəlik səbəbindən həyatını itirib. Son 24 saat ərzində isə təkcə bir nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.
Hökumətin qərarı ilə Sloveniyanın Avstriya, İtaliya və Macarıstan sərhədlərinin, həmçinin ehtiyat tədbirlərinin görülməsi şərti ilə hava limanlarının da açılması gözlənilir. Nəzarət məntəqələrinin açılması barədə qərarın ölkənin Daxili İşlər Nazirliyi tərəfindən veriləcəyi qeyd olunub.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
























