Dünya (17-04-2020, 17:16)
Niderlandda koronavirusa yoluxanların sayı 30 000-i ötdü
Niderlandda koronavirusa yoluxma hallarının sayı 30 449-a çatıb.Mediatv.az xəbər verir ki, bunu ölkənin Milli Səhiyyə Qurumu (RIVM) açıqlayıb.
Məlumata görə, krallıqda ötən sutkada 1 235 nəfərə koronavirus diaqnozu qoyulub.
Eyni dövr ərzində 144 nəfər pandemiyanın qurbanı olub. Beləliklə, Niderlandda koronavirusdan ölənlərin rəsmi sayı 1 235 nəfərə yüksəlib.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 200 000-i ötüb. Bunların 558 168 nəfəri sağalıb, 147 787 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025























