Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (20-12-2018, 17:00)
Paşinyandan sensasion açıqlama: Lavrov yalan danışır?

 Son günlər Rusiyanın Ermənistana təzyiqləri kəskin şəkildə artıb, özü də bu, müxtəlif meydanlarda, bir çox hallarda diplomatik normalar çərçivəsindən çıxaraq özünü göstərir.
Mediatv.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bir neçə gün əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov amiranə tərzdə Moskva ilə Yerevanın Ermənistanda xarici hərbçilərin yerləşdirilməməsi sənədini hazırlaması açıqlamasını verib.
Dünən isə Lavrovun müavini Qriqori Karasin daha sərt açıqlamalarla çıxış edib.
Karasin “RİA Novosti” agentliyinə müsahibəsində deyib ki, Ermənistanın ABŞ-ın təzyiqinə müqavimət göstərməyə cəsarət tapacağaına ümid edir.
“Köklü dəyişikliklərin fonunda rəsmi Vaşinqtonun onun daxili və xarici siyasət işlərinə qarışması getdikcə daha ədəbsiz olur”, - Karasin bildirib.
O xatırladıb ki, ABŞ prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Yerevana səfər edərkən Ermənistana ABŞ silahını almağı və “müəyyən tarixi standartlar”dan yaxa qurtarmağı məsləhət görüb.
Rusiyalı dövlət rəsmisi bir müddət öncə Donald Trampın müşaviri Con Boltonun İrəvana səfərini və onun ABŞ silahlarının Rusiya istehsallarından daha yaxşı olması barədə fikirlərini də xatırladıb.
“Əgər Amerika - Ermənistan münasibətlərinin görünən tərəfi belədirsə, onda kulis arxasında hansı işlərin getdiyini ancaq təsəvvür etmək olar. Ümid edirik ki, parlament seçkilərində lazımi sayda mandat almış yeni Ermənistan rəhbərliyi xarici şantaja və təzyiqə müqavimət göstərməyə cəsarət tapacaq, milli maraqlara əsaslanmaqla müstəqil qərar qəbul etmək hüququnu müdafiə edəcək”, - Karasin əlavə edib.
Karasinin sözlərinə görə, Qərb ölkələrinin mənafeyinə xidmət edən ölkələrin qarşılaşdığı bu hadisələr Ermənistan üçün xəbərdarlıq olmalıdır.
“Razılaşaq ki, rusiyalı diplomat bütün diplomatiya etikasının normalarını aşıb və əslində isə Ermənistana barmaq yellədi və işarə verdi ki, ABŞ-a inam Qarabağın itirilməsi deməkdir.
Açıq desək, Nikol Paşinyanın ölkənin əvvəlki xarici siyasətinin davam etdirilməsi ilə bağlı bəyanatlarına baxmayaraq, Moskvanın Ermənistanın yeni hakimiyyət orqanlarının xarici siyasətinin səmimiyyətinə şübhə etməyə əsas səbəbi yoxdur.
Bundan başqa, Ermənistanda bir çoxları Nikol Paşinyanı inqilabdan sonra Rusiya-Ermənistan münasibətlərinin keyfiyyətində dəyişiklik edilməməsində ittiham edir. Onlar düşünür ki, bu münasibətlər Robert Koçaryan Serj Sarqsyanın dövründə olduğu kimi ən aşağılayıcı həddədir.
İndi belə çıxır ki, Moskva Paşinyanın heç bir bəyanatına inanmır və ondan daha çox şey tələb edir”, - nəşr yazır.
Paşinyan Karasinin fikirlərinə münasibət bildirərkən deyib ki, Ermənistan müstəqil siyasət yeridir və bunu hamı görür:
“Biz bu siyasəti davam etdirəcəyik”.
Ancaq Paşinyanın dünənki sözlərində Lavrovun Moskva ilə Yerevan arasındakı sazişə münasibəti sensasiya doğurub.
O bildirib ki, son günlər Rusiya XİN rəhbərinin hansısa saziş barəsində açıqlaması geniş müzakirə edilir:
“Bu saziş Ermənistanın sabiq rəhbərliyi ilə müzakirə edilib, hazırkı hakimiyyət nümayəndələri ilə Rusiya rəhbərliyi arasında belə müzakirələr aparılmır”.
Baş nazir tərəflərin bu sazişi imzalamaq niyyəti ilə bağlı jurnalistlərin sualına cavab verərkən deyib ki, Lavrovla dəqiq hansı sazişdən söhbət getdiyini müzakirə etmək lazımdır.
Belə çıxır ki, Nikol Paşinyan Lavrovu yalan danışmaqda ittiham edir.
Bu, çox qəribə hadisədir. Rusiyalı nazirin hansısa prosesin getdiyini bildirməsi Ermənistan tərəfindən təkzib edilir. Digər tərəfdən, ola bilsin ki, Rusiya XİN rəhbəri Moskvanın Yerevandan tələbini səsləndirib, Karasin isə daha da irəli gedərək, Yerevanı Gürcüstan və Ukraynadakı vəziyyətlə təhdid edib.
Bu məsələdən sonra Ermənistan-Rusiya arasındakı münasibətin daha da gərginləşəcəyi və bunun Qarabağ məsələsinə ciddi təsir edəcəyi gözlənilir. 
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025