Rusiyanın İvanovo şəhərində məişət qazının sızması nəticəsində yaşayış binalarından birində partlayış baş verib. Nəticədə biri 4 yaşlı uşaq olmaqla 5 nəfər ölüb, 9 nəfər yaralanıb.
Mediatv.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsinin məlumatında bildirilir.
İnsident səhər saat 5 radələrində şəhərin Minsk küçəsində baş verib.
Partlayış nəticəsində ikimərtəbəli üçgirişli binanın bir mərtəbəsi tamamilə dağılıb. Binada 19 nəfər qeydiyyatda olub.
On iki nəfər xilas edilib, 3 nəfər dağıntılar altından özü çıxıb.
Hazırda hadisə yerində 355 nəfər və 44 ədəd texnika işləyir.
Dağıntının sahəsi 80 kv. metrdir.