Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (5-11-2016, 21:14)
Qaçqın sığınacaqlarına hücum və Şultsun «Avropa dəyəri»

 

Martin Schulz, liderul grupului socialist din P.E, participa la mitingul electoral organizat de PSD Sector 2, in Bucuresti

 

Xarici KİV-n verdiyi xəbərə görə, cari ilin 10 ayı ərzində Almaniya Federativ Respublikasında (AFR) qaçqın sığınacaqlarına 832 dəfə hücum olub! Hücumlar, cinayət işləri üzrə federal İdarə tərəfindən qeydə alınıb. Bu barədə «Neue Osnabrğcker Zeitung» qəzeti xəbər verib.

Mediatv.az xəbər verir ki, qəzet xatırladır ki, ötən il yanvar ayından oktyarbın sonuna qədər sözügedən idarə ölkədə 637 belə hücum qeydə alıb. Bununla yanaşı, AFR hüquq-mühafiə orqanları bu il ümumilikdə, sığınacaqlara hücumların sayının getdikcə azaldığını bildirirlər.

Hücumların böyük əksəriyyəti – 772-si sağ radikallar tərəfindən həyata keçirilib. Burada söhbət əsasən, əmlaka ziyan vurmaqdan (330 hadisə), təşviqatdan (188), o cümlədən millətlərarası ədavəti qızışdırmaqdan gedir. 144 halda isə miqrantlara qarşı zorakılık edilib. Bu il bədniyyətli avropalı insanlar 63 dəfə qaçqınların müvəqqəti məskunlaşdığı mərkəzləri yandırıblar!

Xatırlayırsınızsa, təxminən bir il bundan əvvəld Liviyadan, Suriyadan və s. Avropaya qaçqın dalğasının yenicə vüsət aldığı günlərdə bir serbiyalı telejurnalist (qadın) sərhəd bölgəsində polisin təqibindən qaçan bir suriyalı miqrantı badalaq vurub yıxmışdı! Bu davranışı ilə Avropalı qadın hansı «dəyərin» sahibi olduğunu açıqca ortaya qoymuşdu. Burası Avropa…

Artıq neçə onillikdir ki, Türkiyədə terror səngimir – dinc insanlar, hərbçilər, polis işçiləri qətlə yetirilir. Əksəriyyətinin məsuliyyəini də PKK deyilən terror təşkilatı öz üzərinə götürüb və götürür. PKK dünyanın əksər dövlətləri, o cümlədən, ABŞ və Avropa dövlətləri tərəfindən terrorçu təşkilat kimi rəsmi tanınıb.

Son illər qardaş ölkədə bu hörgütün siyasi qolu – Xalqların Demokratik Partiyası (XDP) da peyda olub. Bu təşkilat elə ilk gündən PPK yönlü siyasəti ilə diqqəti cəlb edib. Hətta partiyanın həmsədri, bir-iki gün bundan əvvəl həbs olunmuş Səlahəddin Dəmirdaşın doğma qardaşı İraq ərazisindəki PKK silahlı dəstəsinin üzü olaraq, Türkiyəyə qarşı vuruşub. Səlahəddin də məlumdur ki, qardaşına hər cür köməklik göstərib, onu himayə edib.

Elə həmin Səlahəddin Avropa ölkələrinə və Rusiyaya səfərlər edərək, Türkiyə dövlətinə qarşı çıxışlar edib, bəyanatlar səsləndirib. Bu ilin 15 avqustunda dövlət çevrilişinə cəhd zamanı Türkiyənin bütün siyasi qüvvələri birləşdiyi halda, Səlahəddin ümumiyyətlə, parlamenin iclaslarına yaxın da düşmədi və s. Başqa cür də ola bilməzdi, nədən ki, Səlahəddin Dəmirdaş Türkiyə dövləti və türk xalqı üçün yabançı bir ünvandır. Buna əmin olmaq üçün PKK-nın həbsdə olan sədri (qurucusu) Abdullah Öcalanın hələ bir neçə il bundan əvvəl səsləndirdiyi bir bəyanata diqqət yetirmək kifayətdir: «Mən bu torpağın övladıyam, o isə yad projedir…». Başqa sözlə, Öcalan dolayısı ilə demişdi ki, Səlahəddini və partiyadaşlarını ortaya atan və idarə edən xarici güclərdir…

Ötən dövr ərzində bütün bunlara səbrlə dözən Türkiyə hakimiyyət dairələri nəhayət ki, bu teror himayədarlarını həbs etdi. Pahoo… Avropa nə oyunlardan çıxır, «ləvin-ləvin» bəyanatlar verir – PKK-lı qardaşının müdafiəsinə necə qalxır! Bu yöndə Avropa parlamentinin sədri «cənabi» Şultsun bəyanatları xüsusilə hiddət doğurur! HDP həmsədrlərinin və üzvlərinin həbsinə münasibət bildirən Şults, görün nə deyir: «Yüksək səviyyəli (?-M.A..) şəxsləri həbs etməklə Türkiyə Avropa dəyərlərinə, prinsiplərinə arxa çevirmiş oldu… Bu məsələ tezliklə həll olunmalıdır…».

Bu məqamda, haqlı sual meydana çıxır: Görəsən, Şults (və digər sürüşkən Avropa siyasətçiləri) hansı dəyərdən, hansı prinsipdən dəm vurur (lar)?! Əgər, Avropanın dəyəri qaçqına hücum etməkdirsə, polisdən qaçan miqranta badalaq vurub yıxmaqdan idarətdirsə, onda bunlara tüpürməkdən savayı çarə qalmır!

«Cənabi» Şultsa isə uzaqdan-uzağa bir ismarıc göndərmək yerinə düşər: Sənin dəyərinə bir fındıq!

шаблоны для dle 11.2

Xəbər lenti
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024