Efiopiya hökuməti getdikcə artan zorakılıq və etirazlar səbəbindən ölkədə fövqəladə vəziyyət elan edib.
Mediatv.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Efiopiya dövlət televiziyasından edilən elanda bildirilib.
Nazirlər Kabinetinin qərarına əsasən, fövqəladə hal şənbə axşamından etibarən qüvvəyə minib. Fövqəladə vəziyyətin 3 ay davam edə biləcəyi qeyd edilib.