Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (2-08-2016, 10:33)
Türkiyə Azərbaycanda Gülən əməliyyatı həyata keçirə bilərmi?

Elxan Şahinoğlu: «Ərdoğan bəzi ölkələrdən bu şəbəkəyə qarşı mübarizəni gücləndirməyi istəyəcək»

Müzəffər Baxışov: «Azərbaycan ərazisində heç bir dövlətin əməliyyat keçirmək hüququ yoxdur»

Mediatv.az:   Türkiyədə hələ də davam etməkdə olan Gülən əməliyyatı minlərlə insanın dövlət idarəçilyindən uzaqlaşdırılması ilə yadda qaldı. Ölkəni bürüyən həbslər səngimir. Bəzi məlumatlara görə, Türkiyədə başlayan və davam etməkdə olan əməliyyatlar Azərbaycanda da təkrarlana bilər. Hətta bəzi məlumatlara görə, bu əməliyatlarda Türkiyə hüquq mühafizə orqanlarının əməkdaşları da iştirak edə bilər. Bəs, bu addım nə dərəcədə mümkündür? Azərbaycan tərəfinin buna cavabı necə olacaq?

elxan-shahinoglu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirdi ki, 15 iyula qədər Ərdoğan Gülən şəbəkəsinə qarşı mübarizə aparırdı. E.Şahinoğlunun sözlərinə görə, Türkiyə rəhbərliyi Azərbaycana bu istiqamətdə müəyyən siyahılar vermişdi. Amma 15 iyuldan sonra bu istiqamətdə vəziyyət tamamilə dəyişdi: “Gülən şəbəkəsi Türkiyə üçün PKK ilə eyni təhdidə çevrilib. Artıq Gülən Türkiyə üçün adi şəbəkə deyil. Çünki bu şəbəkə dövlət çevrilişinə cəhd edib, günahsız insanları qətlə yetirib. Ona görə düşünürəm ki, Ərdoğan hökuməti ilə yanaşı cəmiyyət də Gülən şəbəkəsinin mahiyyətini anladı. Ona görə düşünürəm ki, Ərdoğan bəzi ölkələrdən bu şəbəkəyə qarşı mübarizəni gücləndirməyi istəyəcək. Düzdür, bəzi ölkələr Ərdoğanı eşitmir. Amma Azərbaycan Türkiyə üçün sıradan bir ölkə deyil. Düşünürəm ki, Azərbaycan hakimiyyəti çevrilişin sabahsı günü Qafqaz Universitetinin statusunu dəyişibsə, Gülən məktəblərini bağlayıblarsa, davamı da ola bilər. Amma Azərbaycan hökumətindən daha ciddi addımlar atılması tələb edilə bilər. SOCAR-da ciddi təmizlənmənin aparılmalı olduğu dəfələrlə deyilib. Amma Azərbaycan tərəfi heç bir addım atmayıb. Sonda Türkiyə özü bu istiqamətdə addımlar atdı. Ona görə yaxın zamanlarda Türkiyə hökuməti Azərbaycanla bu istiqamətdə yeni məsləhətləşmələrə başlaya bilər”.

E.Şahinoğlu onu da vurğuladı ki, Gülən şəbəkəsi Azərbaycanda hələ də güclüdür, maliyyəsi də var. Ona görə Azərbaycan Türkiyəni strateji müttəfiq saydığından məcburdur ki, Gülən şəbəkəsinə qarşı ciddi addımlar atsın. “Burada geri addım da mümkün deyil. Əgər Gülənçilər Azərbaycanda da sistem qurub, öz adamlarını dövlət aparatına yerləşdiriblərsə, bu artıq bizim üçün də təhlükədir”, deyə E.Şahinoğlu vurğuladı.

muzeffer-baxishov

Hüquqşünas Müzəffər Baxışov bildirdi ki, Azərbaycan ərazisində heç bir dövlətin əməliyyat keçirmək hüququ yoxdur. Əgər əməliyyat keçiriləcək şəxslər Azərbaycan vətəndaşıdırsa, Türkiyə hüquq mühafizə orqanları onlara qarşı ərazimizdə heç bir cinayət təqibi həyata keçirə bilməzlər: “Türkiyədə olan dövlət çevrilişində Azərbaycan vətəndaşlarının bu və başqa formada əlləri varsa, Azərbaycan Respublikasının öz vətəndaşlarının həmin cinayətdə iştirakına dair kifayət qədər sübutu varsa, onlar barəsində cinayət təqibi başlaya bilər. Onların cinayət məsuliyyətinə cəlb edilməsi təmin edilə bilər. Əgər cinayət işlətmiş şəxslər əcnəbi və vətəndaşlığı olmayan şəxslər olsa, onların cinayətləri barədə kifayət qədər sübut müvafiq orqanlara təqdim edilsə, Azərbaycan həmin əcnəbiləri öz dövlətlərinə təhvil verə bilər”.(azadliq.info)

шаблоны для dle 11.2

Xəbər lenti
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024