Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (31-07-2016, 23:12)
Türkiyədə sistem dəyişdi – Ordu əvvəlki güc və müstəqilliyini itirdi

 

8

Ordunun hökumətə tabe etdirilməsi mərkəzi hakimiyyəti gücləndirəcək

Mediatv.az:   Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının bir çox səlahiyyətləri əlindən alınıb. Ali Hərbi Şuranın toplantısında qəbul olunan qərarlara əsasən Quru, Dəniz və Hava qüvvələri komandanlıqları hökumətə, daha dəqiqi Milli Müdafiə Nazirliyinə tabe etdirilib. Artıq qərar qüvvəyə minib və “Rəsmi qəzet”də dərc olunub.

Bununla da faktiki olaraq Türkiyə ordusunun Baş Qərargahı səlahiyyətlərinin böyük bir qismini itirmiş olur. Yeri gəlmişkən, bundan əvvəl Jandarma Komandanlığı və Sahil Mühafizə Qüvvələri Daxili İşlər Nazirliyinə tabe etdirilib. İslahatlar hərbi birləşmələrlə yanaşı təlim, təchizat və təhsil sahəsini də əhatə edib. Belə ki, Gülhanə Hərbi Tibb Akademiyası Səhiyyə Nazirliyinə tabe etdirilib, Baş Qərargaha tabe olan bütün hərbi liseylər və məktəblər qapadılıb. Son AHŞ toplantısında verilən qərarla Milli Müdafiə Nazirliyi tərkibində Milli Müdafiə Universiteti yaradılıb, gözlənilir ki, qapadılan məktəblər yeni universitetin tərkibində fəaliyyət göstərəcək.

Qeyd edək ki, ordunun hökumətə bağlanacağı haqda açıqlamaları daha əvvəl baş nazir Yıldırım və prezident Ərdoğan da bildirmişdi. Rəcəb Tayyib Ərdoğan hərbi birləşmələrin Müdafiə Nazirliyinə, Baş Qərargah və Milli Kəşfiyyat İdarəsinin isə prezidentə tabe etdiriləcəyini bildirmişdi. Son dəyişikliklərdən sonra Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı əsas səlahiyyətlərini demək olar ki, itirib. Qoşun komandanlıqları, Tibb Akademiyası və hərbi təhsil müəssisələri, o cümlədən jandarma və sahil mühafizəsi alındıqdan sonra Baş Qərargahın əlində yalnız təchizat, planlanma və bir sıra hərbi hissələr və vəzifələr qalır ki, bu da əvvəlki statusu ilə müqayisədə qat-qat kiçilmədir. Daha bir gözlənilməz yenilik isə ilk dəfə olaraq Ali Hərbi Şuraya mülki şəxslərin üzv qəbul olunmasıdır. Beləliklə, artıq yeni dövrdə baş nazir və prezident birbaşa, Baş Qərargahın başı üzərindən qoşun komandanlıqları ilə əlaqə saxlayıb onlara əmr verə, eləcə də bilgi almaq səlahiyyətinə malik olacaqlar. Baş Qərargah isə daha çox əməliyyat planlanması, formal hərbi tədbirlərin, toplantıların, səlahiyyətində olan qərar və göstərişlərin hazırlanması, orduda hərbi hazırlığın, təlimin təşkil olunması kimi ənənəvi qərargah fəaliyyətlərini həyata keçirəcək.

Ancaq məlum olduğu kimi, Türkiyə ordusunun Baş Qərargahı 15 iyul qiyamına qədər daha böyük səlahiyyətlərə malik idi. Ordu Baş Qərargahı ölkənin bütün hərbi qüvvələrinə rəhbərlik edir, hərbi təhsil, səhiyyə, təminatını özü həyata keçirirdi. Bundan başqa Baş Qərargah və qoşun komandanları ilə birlikdə formalaşan Ali Hərbi Şura müəyyən mənada müstəqil bir qurum olaraq siyasi hakimiyyətlə heç bir bağlı olmayan bir qurum idi. Məhz bu səbəbdən də hökumət ordunun işinə çox zaman müdaxilə edə bilmir, bir çox məsələlərdə ordu generalları ilə hesablaşmağa məcbur olurdu. Türkiyə tarixində uzun bir dövrdə ordu generalları siyasi hakimiyyət üzərində ən ciddi təzyiq vasitəsi olub.

Ancaq bu sistem artıq dəyişdirilir. Türkiyə ordusu digər ölkələrdə olduğu kimi, hökumətin tabeliyində fəaliyyət göstərəcək. Əslində bu, daha əvvəl Avropa Birliyinin Türkiyədən tələblərindən biri idi. Ordu hökumətin tabeliyində fəaliyyət göstərməli idi. Ancaq məsələ ondadır ki, Türkiyədə uzun illər ordu ayrıca bir institut kimi fəaliyyət göstərib və ölkədə dünyəvi dövlət sisteminin, Atatürk ideyalarının müdafiəçisi rolunda çıxış edib. Türk ictimai rəyində, xüsusən də dini camiədə hər nə qədər generallar yadlaşdırılsa da, Türkiyə dövlətinin ərazi bütövlüyü, daxili sabitliyi və gücünün əsas təminatçısı ordu idi. Bu səbəbdən də siyasi hakimiyyətlər, o cümlədən dərin dövlət bürokratiyası hər zaman ordunun bu şəkildə güclü və siyasi hakimiyyətin təsirindən uzaq qalmasına şərait yaradıb. Ancaq son illərdə bu istiqamətdə ciddi dəyişikliklər baş verib güclü hökumət fonunda generalitet kölgədə qalıb. Baxmayaraq ki, “Ergenekon” və “Balyoz” məhkəmə proseslərindən sonra da ordu müəyyən mənada nüfuzunu yenidən bərpa etmişdi. Son uğursuz çevriliş cəhdindən sonra isə hakimiyyət ordu ilə bağlı planlanan islahatları başa çatdırdı.

Belə bir fikir var ki, qeyri-sabit Yaxın Şərq ölkələrində milli dövlətlərin ayaqda qalmasının əsas təminatçılarından biri güclü və siyasi hakimiyyətdən məsafəli olan ordudur. Misirdə, Türkiyədə, İranda dövlətin əsas dayağı və sabitliyin təminatçısı güclü ordudur. Ancaq Türkiyə cəmiyyətində bu mövzulara birmənalı yanaşma yoxdur. Siyasi hakimiyyət və tərəfdarları mərkəzi hakimiyyətin güclənməsi, ordunun dövlət hakimiyyətinin, seçilmiş siyasi iqtidarın tabeliyində fəaliyyət göstərməli olduğu fikrini müdafiə edirlər. Son hadisələrdən sonra hökumət bu addımı reallaşdırdı. Bunun Türkiyə cəmiyyətinə təsirini isə yaxın zamanlarda öyrənə biləcəyik(musavat.com).

шаблоны для dle 11.2

Xəbər lenti
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024