Mediatv.az-ın türk mətbuatına istinadən verdiyi məlumata görə, 15 iyulda çevrilişə cəhd prosesindən sonra ilk dəfə telekanalda qonaq olan prezident “Sabah” qəzetinin yazarları Melih Altıntokla Hilal Kaplanın suallarını cavablandırıb və qiyam gecəsi baş verənləri danışıb.
Türkiyə lideri 15 iyul gecəsində Avropa liderlərindən ona çoxsaylı zənglər gəldiyini bildirib.
“Mənimlə ilk əlaqə saxlayan Qətər əmiri oldu. O, bir dəfə deyil, dəfələrlə mənə, enerji və təbii ehtiyatlar nazirinə zəng edərək kömək təklif etdi. İkinci gün Rusiya prezidenti Vladimir Putin, daha sonra ABŞ lideri Barak Obama mənlə telefon əlaqəsi saxladı. Avropa ölkələrindən bəzi liderlər zəng etdi. Lakin zəng edənlər ancaq bunu deyirdilər: “Sizi qiyama qarşı apardığınız mübarizəyə görə təbrik edirik”. Lakin o prezidentlərin heç biri əziyyət çəkib Türkiyəyə gəlmədi, nə də ki, hər hansı nazirini, rəsmi nümayəndəsini bura göndərmədi”.
Qeyd edək ki, Ərdoğanın qatıldığı proqram reytinq sırasında birinci olub.