Mediatv.az-ın verdiyi xəbərə görə, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin məlumatında deyilir.
Məlumatda bildirilir ki, qərarın qəbul edilməsinə səbəb bu müəssisələrin Donbas regionunda yerləşən kommersiya strukturları ilə əməkdaşlıq etməsidir. Qeyd olunur ki, bu şirkətlərin əksəriyyəti eyni zamanda Ukrayna ilə qanuni əsaslarla əməkdaşlıq edir.
Ukrayna Təhlükəsizlik Xidməti artıq İqtisadi İnkişaf və Ticarət Nazirliyinə müvafiq materialları təqdim edib.