Mediatv.az bildirir ki, “RİA Novosti”nin verdiyi xəbərə görə, partlayış nəticəsində 80 nəfər ölüb, azı 230 nümayişçi yaralanıb. Küçələrinə elektrik xəttinin çəkilməsini istəyən etnik xəzərlərin keçirdiyi aksiya zamanı iki kamikadze özünü partladıb. Daha bir kamikadze-terrorçu polis tərəfindən öldürülüb.
Partlayışa görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb.
* * *19:59
Əfqanıstanın paytaxtı Kabildə nümayiş zamanı partlayış törədilib.
Türkiyənin “Milliyet” qəzeti xəbər verir ki, hadisə nəticəsində 61 adam ölüb, 207 nümayişçi yaralanıb.
Küçələrinə elektrik xəttinin çəkilməsini istəyən şiə məzhəbinə mənsub etnik xəzərlərin keçirdiyi aksiya zamanı iki kamikadze özünü partladıb.
Partlayışa görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb.