Yerevanda müxalifətçilərin həbsləri davam etdirilir. Bu dəqiqələrdə müxalifətçi fəallar Karo, Elmon və Simon Yexnukyanlar tutulub.
Mediatv.az: Virtualaz.org-un xüsusi müxbiri xəbər verir ki, xalq Azadlıq meydanına axışır və burada artıq “Ayağa qalx, Ermənistan” təşkilatının üzvləri çəxəş edərək Sarkisyanın istefasını tələb ediblər. Həbs olunmuş müxalifətçilərin sayı 10 nəfəri keçib.
Eyni zamanda, polis idarəsini zəbt etmiş silahlı qrupun üzvlərindən biri Pavlik Manukyan jurnalistlərlə əlaqə saxlayaraq bildirib ki, onların yemək problemi var.
“Biz artıq bir sutkadır ki, heç nə yeməmişik, lakin buna baxmayaraq, özümüzü yaxşı hiss edirik. Sona kimi gedəcəyik – ya qələbə, ya ölüm”, - o deyib.