Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (18-07-2016, 13:16)
Yerevanda gərginlik davam edir

Yerevanda gərginlik davam edir

 

 

Ermənistanın paytaxtı Yerevanda patrul-mühafizə polkunun binasını ələ keçirən silahlılar iyulun 18-də bir polis əməkdaşını azad ediblər.
Mediatv.az xəbər verir ki, Novator.az-ın məlumatına görə, basqınçılardan Varujan Avetisyan deyib ki, onlar polis əməkdaşını həbsdə olan müxalifətçi Jirayr Sefilyanın təklifi ilə buraxıblar.
İyulun 17-nə keçən gecə patrul-mühafizə polkuna basqın edən silahlılar polis əməkdaşlarını girov götürüb. Onlar radikal müxalifətçi Jirayr Sefilyanın azadlığa buraxılmasını tələb edirlər. Basqın zamanı bir polis əməkdaşı həlak olub, dördü yaralanıb. İyulun 17-də silahlılar qan təzyiqi qalxan bir polis əməkdaşını azadlığa buraxıblar. İki girovun isə xüsusi əməliyyatla qurtarıldığı bəyan edilib.
“Yeni Ermənistan” və “Müəssislər parlamenti” hərəkatlarının lideri olan Jirayr Sefilyan ötən ayın 20-də tutulub, qanunsuz silah saxlamaqda ittiham olunur. İyulun 17-də silahlılardan Pavel Manukyan onunla telefon əlaqəsi saxlayıb. Jirayr Sefilyan Pavel Manukyana deyib ki, polisə hücum çəkmiş şəxslər bundan sonrakı addımlarına özləri qərar verməlidir.
Hazırda basqınçıların əlində 5 polis əməkdaşı var. Ermənistan Polisinin rəis müavini Vardan Yeqizaryanın və Yerevan polisinin rəis müavini Valeri Osipyanın da girovlar arasında olduğu bildirilir.
Jirayr Sefilyan 1967-ci ildə Livanın paytaxtı Beyrutda doğulub. Daşnaksütün Partiyasının Livan təşkilatının fəallardan olan Jirayr Sefilyan 1990-cı ildə hərbi təlimçi kimi Ermənistana göndərilib. 1991-ci ildə Dağlıq Qarabağa gəlib və Azərbaycan torpaqlarını işğalında iştirak edib. Şuşanın işğalından sonra bu şəhərdə yaradılmış xüsusi batalyonun komandiri olub. Uzun müddət Dağlıq Qarabağdakı işğalçı orduda yüksək vəzifələr tutub.
2000-ci ildən siyasi fəaliyyətlə məşğul olan Jirayr Sefilyan radikal müxalif mövqedə durur və buna görə bir neçə dəfə həbs edilib.
шаблоны для dle 11.2

Xəbər lenti
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024